Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının sərvətinin siyahısı: Dubayda milyonluq biznesi…

Xaricdə yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin siyahısını yayıb...

O bildirib ki, icra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda milyonluq biznesi var.

Həmin yazını olduğu kimi təqdim edirik:

“15 ildən çoxdur icrabaşı 62 yaşlı Vilyam Hacıyev, 7 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu olan Vilyam müəllim, Bəylər Əyyubovun kurasiyasındadır.

Onun mənə bəlli olan varidatını paylaşıram və DTX-dan həbsini tələb edirəm. Əziyyət çəkib gizli kamera, əməliyyat zad lazım deyil, heç kimin etmədiyi yaxşılığı edirəm. Siz də paylaşın, dostlar, yayılsın və tədbir görülsün:

 Bakıda, Həsən Əliyev küçəsində villa
 Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
 Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil
 Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa
 İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
 Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
 Dubayda milyonluq biznesi
 Qazaxıstanda tikinti biznesi
 İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

10-PP-369 dövlət nömrə nişanlı “Bentley”
Eyni nömrə nişanlı “Land Rover”
90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”
Həmçinin son model “Mercedes Gelandewagen”

Vilyam müəllim Samuxda icrabaşı olarkən el arasında “Moşu kişinin çayxanası” kimi tanınan obyekti bir az təmir etdirib İlham Əliyevə “Şahmat Evi” kimi təqdim edərək lentini kəsdirib. Sonra yenidən çayxana kimi fəaliyyət göstərib. İcrabaşı getdiyi rayonlarda olan kiçik-böyük sahibkarlara qan uddurur, rayon əhalisi bu rüşvətxor, moşennik icrabaşının əlindən dad edirlər”.

İmişli Rayon İcra Hakimiyyəti blogerin yazısına münasibət bildirməyib.

pia.az


Etiket: Vilyam Hacıyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay