Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: Ermənistanın çirkin təbliğatı bizi sülh müqaviləsi danışıqları yolundan uzaqlaşdırıb

Azərbaycan həqiqətən sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zorakılıqlar səhifəsini vərəqləmək istəyir. Biz sülh içində yaşamaq istərdik, lakin indi sıra Ermənistandadır...

Poliqon xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News” nəşrinə müsahibəsində bildirib.

O, “Sülhə nail olmaq üçün nə etmək lazımdır?” sualına cavab olaraq, Ermənistanın reallığı nə qədər tez başa düşərsə, hamı üçün o qədər yaxşı olacağını qeyd edib.

Ermənistanın ölkəmizə qarşı çirkin təbliğatı bizi Vaşinqtonun təqdim etdiyi platformada (hansını ki biz çox yüksək qiymətləndiririk) sülh müqaviləsi danışıqları yolundan uzaqlaşdırıb. Biz çox mühüm irəliləyiş əldə etmişdik. Sənəddə yer alan məsələlərin demək olar ki, 70 faizi aydınlaşdırılıb və müəyyən mənada razılıqlar əldə olunub. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Lakin, Ermənistanın Baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də bu ölkənin Silahlı Qüvvələrini bizim ərazilərimizdə saxlayır. O hələ də ölkəmizin ərazisindəki qanunsuz silahlı rejimi maliyyələşdirir”.

Prezidentin köməkçisi Beynəlxalq Cinayət Məhkəməsinin (ICM) keçmiş prokuroru Luis Moreno Okamponun avqust ayında Laçın yolunun “blokadası”nı “soyqırımı” kimi qiymətləndirən hesabatına da münasibət bildirib.

Hikmət Hacıyev Okamponun şəxsiyyəti və dürüstlüyünün sual altında olduğunu deyib.

”Beynəlxalq mediada onun qanunsuz əməllərlə məşğul olması ilə bağlı çoxlu faktlar var, lakin sözüm onda deyil. İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs “soyqırım” ifadəsindən, onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edir. Üçüncüsü, hesabatda səsləndirilən fikirlər qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırım və hərbi cinayətlərdən danışmır? Azərbaycanın mülki əhali yaşayan 8 şəhəri tamamilə dağıdılıb. Okamponun hesabatında bu faktlar haradadır?

Srebrenitsa qətliamından əvvəl 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi? Kim kimə qarşı soyqırım törədib? Ən böyük sual budur. Öz torpaqlarından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlının taleyi fonunda bu suala cavab verilməlidir. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?”, Hikmət Hacıyev sual edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay