Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün sualı: Azərbaycan futbolu niyə özü-özünü maliyyələşdirə bilmir?

Azərbaycan futbolunun gələcəyi yoxdur - Ekspertlər belə hesab edirlər...

İqtisadçı ekspert: “Azərbaycan futbolu özünün maliyələşdirə bilmir. Ümumiyyətlə futbolumuzun qazancı yoxdur”.

“Yetişdirilmiş yerli futbolçularımızın hansınınsa, akademiya yetişdirməsi olmasını biz müşahidə edə bilmirik”.

Bu sözləri iqtisadçı ekspert Toğrul Maşallı Azərbaycanda futbolunun maliyyələşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda Futbol Federasiyası Assossasiyasının (AFFA) büdcəsi hər il təxmini 20-25 milyon manat olu. Tək futbola aid işlər yox, binanın və AFFA-nın nəznində olan qurumların bütün kommunal xərcləri, maaşlar, ezamiyyət xərcləri bu büdcədən ödənilir.

Sırf futbolyönümlü fəaliyyətə nə qədər qədər böyük məbləğdə pul xərclənsə, bunun nəticəsi də çox böyük olar. Lakin Azərbaycan futbolunun idarəçiliyində mütəxəssis problemi var. Pul olsa belə, onu təyinatı üzrə doğru xərcləmək üçün futbolu inkişaf etdirə bilən mütəxəssis çox azdır.

Həmçinin futbolumuzda əsas problem büdcənin doğru istiqamətə xəclənməməsidir. İllərdir futbola vəsait ayrılsa da, bu gün də, dünən də Azərbaycan millisi təxminən eyni nəticəni qazanıb. Başqa problemlərdən biri də Azərbaycan milli komandasının 60-70 faizi legionerlərdən ibarət olmasıdır. Çünki ölkədə uşaq futbolunun inkişafına da yetərincə maliyyə ayrılır. Amma ortada nəticə yoxdur. Tanımış iqtisadçı ekspert Natiq Cəfərli də mövzu ilə bağlı sosial şəbəkədə uşaq-gənclər futbolunun pis vəziyyətdə olduğunu və Azərbaycanda futbolun gələcəyinin sıfıra bərabər olduğunu yazıb.

Məlumata görə Azərbaycanda uşaq futboluna 5,9 milyon manat ayrılıb. Bəs Azərbaycan futbolu özü-özünü maliyyələşdirə bilirmi və əgər maliyyələşdirə bilmirsə, bunun səbəblərini nədir? Ümumiyyətlə Azərbaycanda futbolun inkişafına və yeni futbolçuların yetişdirilməsi üçün bu vəsaiti yetərli hesab olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı ekspert, Azərbaycan futbolunun vəziyyəti ilə yaxından maraqlanan Toğrul Maşallıya müraciət edib.

Toğrul Maşallı: “Futbolumuzun qazancı yoxdur. Ən çox qazanc biletlərdən olur ki, o da 5-10 min manat olur. Bu məbləğ də maaşlara və stadionun saxlanılmasına çatmır”.

Azərbaycan bir neçə mənbədən maliyyələşdiyini və AFFA tərəfindən futbola ayrılan vəsaitə UEFA tərəfindən nəzarətin həyata keçirildiyini xatırladan ekspert PİA.az-a bildirib ki, bu nəzarət də qeyri-effektivdir. Çünki son 15 ildə futbola ayrılan vəsaitlərin indiyə qədər bəhrəsini görmürük:

Azərbaycan futbolu bir neçə mənbədən maliyyələşir. Bu maliyələşməni biz AFFA-nın hesabatında çox yaxşı görə bilərik. Fubolu maliyyələşdirən yerli mənbələrdən əlbəttə ki, əsas yeri SOCAR tutub. SOCAR keçən il AFFA-ya 11 milyondan çox vəsait ayırıb. Bundan başqa SOCAR həm stadionu, həm də bir neçə klubu da maliyələşdirir.

Eyni zamanda layihələr çərçivəsində Azərbaycan futboluna UEFA və FİFA tərəfindən ayırmalar da var. Bu ayırmalar Azərbaycan futbolunun gəlirləri sırasında çox vacib yeri tutur. Məsələn Qarabağ futbol komandasının gəlirlərinin böyük hissəsi UEFA-dan ayrılmalardır.

Azərbaycan futbolu özünün maliyələşdirə bilmir. Ümumiyyətlə futbolumuzun qazancı yoxdur. Ən çox qazanc biletlərdən olur ki, o da 5-10 min manat olur. Bu məbləğ də maaşlara və stadionun saxlanılmasına çatmır.

Toğrul Maşallı: “Azərbaycan futbol klublarının çempionatda iştirak etmək üçün qoyulan şərtlərdən biri də uşaq futbol akademiyasının yaradılmasıdır. Bir çox hallarda futbol klubları bu işi formal olaraq qeydiyyatdan keçirirlər və önəm vermirlər”.

Əgər futbola ayrılan vəsait tam effektivli olaraq xərclənirsə, ayrılan vəsait nisbətən yetərlidir. Amma məlumdur ki, bizdə çox hallarda formallıqdır. Məsələn Azərbaycan futbol klublarının çempionatda iştirak etmək üçün qoyulan şərtlərdən biri də uşaq futbol akademiyasının yaradılmasıdır. Bir çox hallarda futbol klubları bu işi formal olaraq qeydiyyatdan keçirirlər və önəm vermirlər. Çünki futbol klubları öz futbolçularını yetişdirmək məqsədi güdmürlər. Buna görə də bu sahəyə kifayət qədər vəsait ayırmırlar.

Qeyd edim ki, yazdığım vəsaitin bir hissəsi bir neçə klubun – Qarabağın, Qəbələnin və başqalarının payına düşür. Bəzi klublar isə uşaq futboluna 50 min manat ayırıb. Bu məbləğ kifayət edəcək qədər deyil.

Nəzərə çatdırım ki, AFFA tərəfindən futbola ayrılan vəsaitə UEFA tərəfindən nəzarət həyata keçirilir. Amma düşünürəm ki, bu da qeyri-effektivdir. Çünki son 15 ildir ki, bu vəsaitlər futbola ayrılıb. Amma ayrılan vəsaitlərin indiyə qədər bəhrəsini görmürük. Yetişdirilmiş yerli futbolçularımızın hansınınsa, akademiya yetişdirməsi olmasını biz müşahidə edə bilmirik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay