Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydə məmurlar yas mərasimi keçirərək karantini pozdular - Əhali ayrıseçkilikdən narazıdır...

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı və polis rəisi kasıb vətəndaşların yas mərasimindən yemək qazanlarını müsadirə etdirib, mərasim keçirilən yerə polis postu qoydurub yaşa gələnləri geri qaytardıqları halda, imkanlı və vəzifəli şəxslərə bu cür imkan yaratmaları rayon əhalisində hakimiyyətə qarşı inamsızlıq yaradıb...

Bu ayın 18-də Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən "Meh" İstirahət Mərkəzinin Xaçmaz rayonunda yerləşən cəzacəkmə müəssisəsinin rəisi Azər İbrahimovun özünə 150 nəfərlik ad günü keçirməsi ilə bağlı ölkə mətbuatında məlumatlar verilmişdik. Məlumatda deyilirdi ki, həmin məclisdə ədliyyə generalı, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları və regional xəzinə idarəsinin rəisi Namiq Məmmədov da iştirak edib.

Qanun pozuntusunun baş verməsindən 10 gün keçsə də nə karantin qaydalarına nəzarət edən orqan, nə də adları çəkilən şəxslərin tabe olduqları qurumların rəhbərləri bu şəxslər haqqında tədbir görmədi.

Bu cür cəzasızlıqdan ruhlanan bu şəxslərdən biri regional xəzinə idarəsinin rəisi Namiq Məmmədov və yeznəsi, tanınmış iş adamı Əbülfət 29 avqust tarixində min nəfərdən artıq adamın iştirakı ilə Əbülfətin atasının yaş mərasimini keçirdilər.

Verilən məlumata görə mərasimə qatılanların heç biri maska taxmayıb və ara məsafəsi gözlənilməyib. Məlumatda qeyd edilir ki, Əbülfətin özü və ailəsi korona virusa yoluxub və yenicə müalicələrini bitiriblər.

Məlumat verən mənbəə həmçinin bildirir ki, N.Məmmədov və yeznəsi "Meh" İstirahət Mərkəzinin şərikli sabibləridir. Hakimiyyətin çox yüksək dairələri ilə isti münasibətləri olan bu yeznə qayının Azər və Ceyhun Bayramov qardaşları tərəfindən himayə olunduğu, Ramiz Mehdiyevin hazırda həbsdə olan kürəkəni İlham Əliyevlə iş birliyində olduğu da məlumdur.

Məlumatda qeyd olunan hər iki pozuntu rayon əhalisinin rayon rəhbərliyinə inamsızlığını son həddə çatdırıb. Belə ki, ölkə rəhbəri bu məsələdə heç kimə güzəşt etməsə də, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı və polis rəisi kasıb vətəndaşların yas mərasimindən yemək qazanlarını müsadirə etdirib, mərasim keçirilən yerə polis postu qoydurub yaşa gələnləri geri qaytardıqları halda, imkanlı və vəzifəli şəxslərə bu cür imkan yaratmaları rayon əhalisində hakimiyyətə qarşı inamsızlıq yaratdığı kimi, rayon rəhbərliyinə də nifrət hissləri yaradıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Xidmət rəisi: Hazırda Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

Ən çox oxunanalar