Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fortepiano gecəsi” konsertindən təəssüratlar...

Bəstəkarlar, yazıçılar və rəssamlar üçün həm isitrahət, həm də yaradıcılıq...

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2022-ci il dekabrın 29-da Şabran rayonu, Pirəbədil kəndində yerləşən istirahət Kompleksinin açılışında iştirak ediblər. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərən bu Kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün də koteclər də nəzərdə tutulub. 2023-cü il iyulun 1-dən bu koteclərə 10 bəstəkar yola salındı. Eləcə də burada yazıcılar və rəssamlar da yerləşdirildi.

Bu gözəl mənzərəli məkan, istirahət etmək və yaradıcılıqla məşğul olmaq üçün çox əlverişli yer oldu. Belə ki, iyulun 8-də yaradıcı kollektivlərin açılış tədbirində Akademik İsa Həbibbəyli və Xalq yazıçısı Anar çıxış edərək, yaradıcı insanlar üçün belə gözəl şəraitin yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz xanım Əlizadə Şəkidə keçıəirilən növbəti “İpək yolu” Beynəlxalq Musiqi Festivalında iştrak etdiyi üçün, onun adından Bəstəkarlar İttifaqının nümayndələri ölkə başçısına öz təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Bəstəkarlar və musiqişünaslar üçün iyulun 1-dən, 31-nə kimi koteclərdə həm istrahət etmək, həm də yaradıcılıqla məşğul olmaq üçün vaxt ayrıldı. İyulun 15 -də Şabran Wellbeing Resort oteldə bəstəkarların əsərlərindən ibarət “Fortepiano gecəsi” adlı konsert təşkil olundu. Konsertin aparıcısı və təşkilatçısı musiqişünas, Azərbaycan respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Akif Quliyev idi.

Konsertdə bəstəkar Lalə Cəfərovanın “Fortepiano prelüdləri” silsiləsindən “Dəniz”, Tokkata, “Karvan”, və caz musiqisi silsiləsindən “Blyuz” əsəri səsləndirildi. Lalə Cəfərova həm də professional pianoçu olduğundan əsərlərini özü ifa etdi. Onu da qeyd edək ki, Lalə Cəfərova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi, əməkdar müəllimdir. Əsərləri Amerikanın müxtəlif Ştatlarında, Avropada və Azərbaycanda böyük uğurla səslənir. Lalə Cəfərova “Bir Xəzər əfsanəsi” baletinin müəllifidir.

Eyni zamanda konsertdə bəstəkar İlham Azmanlının “Azərbaycan rəngləri” silsiləsindən Rəng № 1 və “Novruz bayramı coşqusu” əsərləri ifa olundu. Əsərləri, Milli Konservatoriyanın müəllimi İnci Azmanlı ifa etdi. Bəstəkar İlham Azmanlı müəllim kimi fəaliyyət göstərir və onun əsərləri dünyanın bir çox səhnələrində səslənir. Daha bir bəstəkar, Azərbaycan respublikasının Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun 1 nömrəli prelüdü səsləndi. Əsəri, Milli Konservatoriyanın baş müəllimi, gözəl pianoçu Mətanət Azmanlı ifa etdi. Gənc Bəstəkar, Respublika müsabiqələr laureatı, Gənclər mükafatçısı Elvin Quliyev özünün “Noktürn” və “Prelüd” əsərlərini ifa etdi.

Bu konsertdə eyni zamanda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən – “Aldonsa” və “Səyahət” əsərlərinin fortepiano üçün işləmələri, polyak bəstəkarı, Frederik Şopenin “ Vals” və “ Etüd”ü də səsləndi.

Qeyd edək ki, bu əsərləri Mətanət Azmanı ifa etdi. Konsertin sonunda səslənən ,daha bir maraqlı əsər, Nikkolo Paqanininin Kampanellası oldu. Bu musiqi nömrəsini Mətanət Azmanlı, Lalə Cəfərova, İnci Azmanlı bir pianoda ifa etdilər. Konsert tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.

Təbiətin qoynunda istrahət edən bəstəkarlar daha yeni yeni əsərlər yazıb yaradırlar. Belə ki, bəstəkar Lalə Cəfərovanın dediklərinə görə, onun üçün ayrılan yaradıcılıq evində o yeni əsərlər qələmə alıb. Bu əsərlərdən biri, Leyla Əliyevanın “Скучаю” (Darıxıram ) şeirinə bəstələdiyi Romansdır. Bu romans, səs və simfonik orkestr üçün yazılmış, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Lalə Cəfərova bəstəkarlar üçün yaradılan bu gözəl şəraitə görə, Cənab Prezident İlham Əliyevə, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və otelin rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi.

Yaradıcılıq ilə məşgul olan sənətkarlarımıza, onlar üçün ayrılan yaradıcılıq evlərində yeni yeni əsərlər yazmaq arzusu ilə onlara uğurlar diləyirik.

Fotolar

Poliqon.info


Etiket: Konsert


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay