Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Forbes”: İlon Mask zənginlər reytinqində ikinci yerə çıxdı

ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin banisi İlon Mask (Elon Musk) dünya zənginlərinin siyahısında ikinci yerə yüksəlib.

“Report” “Forbes”a istinadən xəbər verir ki, 144,7 milyard dollarlıq varidata sahib olan İ.Mask Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun sahibi, 144,3 milyard dollarlıq varidatı olan Bernar Arnonu üçüncü yerə sıxışdırıb. Birinci yerdə əvvəlkitək “Amazon” onlayn alış-veriş portalının sahibi, 185,4 milyard dollarlıq varidat sahibi Cef Bezos qərarlaşıb.

Dördüncü yeri “Microsoft”un təsisçilərindən 118,8 milyard dolların sahibi Bill Geyts, beşinci yeri isə “Facebook” şirkətinin təsisçisi 104 milyard dollarlıq Mark Zukerberq tutur.

Qeyd edək ki, noyabr ayının 23-də İ.Mask “Bloomberg”in reytinqində də ikinci yerə çıxıb. O zaman “Tesla”nın səhmlərinin bahalaşması nəticəsində varidatı 7,2 milyard dollar artaraq 128 milyard dollara çatdığı bildirilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar