Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistana göndərilən missiyanın sülh prosesinə müsbət və mənfi təsirləri...

Bu gün Ermənistana Aİ ölkələrindən 100-ə yaxın müşahidəçi, o cümlədən Fransa jandarmının 8 zabiti və 15 alman polisi gəlir...

Politoloq: “İstənilən halda hesab edirəm ki, bu gün Fransanın canfəşanlığı ilə Avropa İttifaqı adı altında daha çox Fransa casus şəbəkəsinin Ermənistan ərazisinə daxil olma prosesi baş verir”.

“Əlbəttə ki, Ermənistan ərazilərində növbəti geopolitik soyuq savaş formalaşıb. Bu soyuq savaş əsasən Ermənistan ərazilərindən Rusiyaya qarşı yönəlib”.

Bu sözləri politoloq Tural İsmayılov bu gün Ermənistana göndərilən missiyanı Poliqon.info-a şərh edərkən qeyd edib.

Bu gün Ermənistana Aİ ölkələrindən 100-ə yaxın müşahidəçi, o cümlədən Fransa jandarmının 8 zabiti və 15 alman polisi gəlir. Bilirik ki, bu missiyanın Ermənistanda fəaliyyətinə AzərbaycanRusiya qarşı çıxır.

Bəs bu missiyanın fəaliyyəti sülh prosesinə necə təsir edə bilər? Burada hansı müsbət və mənfi təsirlərdən danışmaq olar?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Fransanın təmsil olunduğu və təşviq etdiyi bir missiyanın Azərbaycanla Ermənistan arasındakı sülhün bundan sonrakı mərhələsinə hansısa formada təsir edəcəyi o qədər də ağıla batan formada görünmür”.

Rusiyanın Fransa casus şəbəkəsinin müşahidə missiyası adı altında Ermənistan ərazilərində meydan sulamağına o qədər də sakitçiliklə yanaşmayacağını düşünən politoloq bildirib ki, Moskva ilə İraəvanın indiki hakimiyyəti arasında olan böhran və çarxlar daha da dərinləşmiş vəziyyətə gələcək:

“İstənilən halda hesab edirəm ki, bu gün Fransanın canfəşanlığı ilə Avropa İttifaqı adı altında daha çox Fransa casus şəbəkəsinin Ermənistan ərazisinə daxil olma prosesi baş verir. Hal-hazırda Fransa jandarmının 8 zabitinin və 15 alman polisinin Ermənistan ərazisində nə edəcəyi heç kəsə bəlli deyil. Bu sadəcə olaraq Ermənistanın Rusiyaya qarşı növbəti demarşı və öz ərazilərini Qərb imperialistlərinə, casus şəbəkələrinə peşkəş etməsinin davamıdır.

Əlbəttə ki, Ermənistan ərazilərində növbəti geopolitik soyuq savaş başlayıb. Bu soyuq savaş əsasən Ermənistan ərazilərindən Rusiyaya qarşı yönəlib. Hesab edirəm ki, Rusiya Fransa casus şəbəkəsinin müşahidə missiyası adı altında Ermənistan ərazilərində meydan sulamağına o qədər də sakitçiliklə yanaşmayacaq. Rusiya ilə Ermənistanın indiki hakimiyyəti arasında olan böhran və çarxlar daha da dərinləşmiş vəziyyətə gələcək.

Bütövlükdə Ermənistana gələn missiyanın sülh prosesinə heç bir təsiri ola bilməz. Çünki Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışları edib. Amma Ermənistan özəlliklə Fransanın təhrikləri ilə sülh prosesindən yayınmağa çalışıb. İndi də Fransanın təmsil olunduğu və təşviq etdiyi bir missiyanın Azərbaycanla Ermənistan arasındakı sülhün bundan sonrakı mərhələsinə hansısa formada təsir edəcəyi o qədər də ağıla batan formada görünmür.

Tural İsmayılov: “Rusiya-Ermənistan, həmçinin İran-Ermənistan münasibətlərinin bu missiyaya görə bir qədər dalana dirənəcəyini düşünürəm”.

Fransa missiyanın Ermənistanda olmasının mənfi tərəfi odur ki, Yerəvanın yalanları və provokasiyaları onlar tərəfindən malalanacaq. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycana qarşı hansısa təxribatları baş verəndə və Azərbaycan haqlı olaraq cavab verəndə həmin missiya Ermənistan ərazisində erməni siyasətçiləri ilə işləyərək onların təqdim etdiyi saxta hesabatlara istinad edə bilərlər.

Onu da qeyd edim ki, Rusiya-Ermənistan, həmçinin İran-Ermənistan münasibətlərinin bu missiyaya görə bir qədər dalana dirənəcəyini düşünürəm. Bu da geopolitik baxımdan bizim üçün daha müsbət hesab edilə biıər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Ən çox oxunanalar