Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan prezidenti ilk dəfə Azərbaycanla sərhəddə olub

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuşdakı Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb...

Ermənistan prezidenti Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olub.

"İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhəd var. Yəni tikanlı məftillər var, amma biz onu təkmilləşdirəcəyik. Orada bizim sərhədçilər keşik çəkirlər. Uzaqda isə binokl ilə görünən Azərbaycan sərhədçiləri dayanıb. Bölgədə maşınlar hərəkət edir, yollar açıqdır, mən sərhəddəki üç kənddə oldum", - V. Xaçaturyan bildirib.

O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bölgəyə yeni dolama yol çəkilir. Prezident həmin əraziyə baxdıqdan sonra İcevandan geri qayıdıb və orada dağılmış yolları görüb.

"Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur, onlar hakimiyyətin yanında olduğunu hiss edirlər", - deyə V.Xaçaturyan vurğulayıb.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar