Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər tək bizi yox, nəhəng neft şirkətlərini də hədələyir”


Elxan Şahinoğlu: “Azəbaycan diplomatiyası Paşinyana adekvat cavab verməlidir”


“Ermənilər istirahət günlərindən bizə qarşı informasiya savaşını gücləndiriblər”.

Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sarkisyandan az separatçı olmadığını  sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar verib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Su-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: “Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Paşinyanın növbəti dəfə Azərbaycan torpaqlarına səfər etməsinə münasibət bildirərkən deyib. E.Şahinoğlu hesab edir ki, Paşinyanın bu addımına Azərbaycan diplomatiyası adekvat cavab verməlidir:

“Bütün bunların qarışlığında Azərbaycanın müvafiq nazirliklərindən “tık” səs də yoxdur. Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş etmələrinin zamanı çatmayıb mı? Qarabağ səması bizim hava məkanı deyilmi? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququ tanıyır. Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur? Bizim təyyarələr Qarabağın hava sahəsində ucmadıqca separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışacaqlar. 

Azərbaycanın Xarici İşlər Nazirliyi isə rus saytında yayınlanan həmin erməninin “neft və qaz infrastrukturunuzu bombalayarıq” sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrastrukturlarımıza olan hədə tək bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var. Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər. Bunu da bizim XİN təşkil etməlidir. Ramazan bayramı ilə əlaqədar hələ iki gün evdəyik, yəqin diplomatlarımız da dincəlir. Ancaq ermənilər Ramazan bayramını qeyd etmirlər və diplomatları da iş başındadırlar və fürsətdən də yararlanaraq istirahət günlərindən bizə qarşı informasiya savaşını gücləndiriblər. Demək, biz də dincəlməməliyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay