Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevin övladları Türkiyədə 3 şirkət açıblar

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin övladları Türkiyədə mehmanxana biznesi ilə məşğuldurlar...

PİA.az xəbər verir ki, bu haqda məlumatı jurnalist Hafiz Babalı paylaşıb. O, bildirib ki, Elmar Vəliyevin övladları 2016-cı ilin noyabr-dekabr aylarında 3 şirkət yaradıblar.

Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı “Vista İnşaat ve Dış Ticaret A.Ş.”, “Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və “Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır.

Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir Vəliyev başçılıq edir.

Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib.

Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü olan Elmir Vəliyev atası icra başçısı olduğu zaman Kəpəz futbol klubunun prezidenti kimi fəaliyyət göstərirdi. Hətta son zamanlar o ictimai-siyasi proseslərin də aktiv iştirakçısına çevirilmiş, “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyini təsis etmişdi. Həmçinin Milli Məclisin sektor müdiri vəzifəsinə təyin edilmişdi. (Yenisabah.az)

pia.az

 


Etiket: Elmar Vəliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay