Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP: "Yayılan bəzi görüntülər sürücüləri qayda pozmağa təşviq edir"

"Son günlər müxtəlif internet saytlarında və ya sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan şəxslər və onların yol polisi tərəfindən təqib olunması kimi materiallar paylaşılır. Bu materiallar polisin cəmiyyətdəki nüfuzuna xələl gətirməklə yanaşı sanki qayda pozuntuları törətməyə meyilli şəxsləri də həvəsləndirir".

PİA.az-ın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevin yaydığı açıqlamasında bildirilib.

O deyib ki, yol polisi ilə heç bir dəqiqləşdirilmə aparmadan kütləvi informasiya vasitələrinin də belə görüntüləri yayması ciddi narahatlıq doğurur: "Çünki bu görüntülərin yayılması elə bil ki, sürücüləri qayda pozmağa təşviq edir. Belə ki, son olaraq, yayılan qəza videosunda yol polisinin sürücünü təqib etdiyi və bu səbəbdən də qəza baş verdiyi bildirilib. Amma materialda konkret olaraq həmin nəqliyyat vasitəsinin nə üçün təqib olunduğu qeyd olunmayıb. Həmin avtomobildə cinayətdə şübhəli bilinən və axtarışda olan şəxsin olub-olmaması, yaxud həmin şəxsin insan həyatı üçün təhlükəli olan ciddi qayda pozuntularına yol verib-verməməsi, narkotik maddə və ya spirtli içkilərin təsiri altında olub-olmaması bilinmir. Lakin yayılan görüntülərdə sadəcə yol polisinin həmin avtomobili təqib etməsi qabardılır.

“Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə hətta məcburi dayandırma vasitələrindən də istifadə edilə bilər".

"Hər kəs bilməlidir ki, bütün hallarda polis vətəndaşı səbəbsiz yerə saxlamır və ya məsuliyyətə cəlb etmir. Bir foto, yaxud video çəkib paylaşmaqla sanki sürücülərdə həvəs yaradılır ki, qayda pozuntusu baş versin. Bu kimi görüntülərin yayılması hərəkətin təhlükəsizliyi ilə bağlı aparılan təbliğat işlərinə kölgə salır. Bu baxımdan yol polisi olaraq hesab edirik ki, belə neqativ materiallar paylaşılmamalı, daha çox qaydalara əməl edilməsi barədə təbliğat xarakterli görüntülər yayılmalı və ən azı bu tip məlumatlar yayılarkən yol polisi ilə mütləq dəqiqləşdirilməlidir", - məlumatda qeyd edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

Ən çox oxunanalar