Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat quraqlığın təbii fəlakət hadisələri sırasına daxil edilməsini təklif edib

Milli Məclisin deputatı Əli Məsimli quraqlığın təbii fəlakət hadisələri sırasına daxil edilməsini təklif edib...

“Report”un məlumatına görə, deputat bu barədə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə ətraf mühitin qorunması istiqamətində görüləcək işlər xeyli dərəcədə intensivləşəcək.

Ə.Məsimli bildirib ki, bu, yeni qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımların atılmasını şərtləndirəcək: “Azərbaycan üçün aktual məsələlər içərisində su ehtiyatlarından səmərəli istifadə etmək, eləcə də ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması üçün suvarma sisteminin yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir”.

Deputat vurğulayıb ki, quraqlıq məsələsi də əsas problemlərdəndir: “Quraqlıq başqa təbii fəlakətlərlə müqayisədə daha böyük ziyan vurur. Nəticədə elə hallar olur ki, sahibkarlar nəinki təsərrüfatdan gəlir götürmür, hətta investisiyalarını belə itirirlər. Hətta müflis olmaq təhlükəsi qarşısında qalırlar. Təklif edirik ki, sel və digər təbii fəlakət hadisələri kimi quraqlıq da bu siyahıya daxil edilsin. Bu səbəbdən qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliyin edilməsinə ehtiyac var”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay