Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat oğlunun ötən il Londonda açdığı şirkət ləğv olundu: 2,5 milyon borcu var… – Fotofakt

Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadə tərəfindən ötən ilin fevral ayının 13-də Londonda təsis olunan “Marketing Sole Project Ltd” adlı şirkət 15 gün əvvəl – 24 avqust 2021-ci il tarixində ləğv olunub.

Yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, “Marketing Sole Project Ltd” adlı şirkət “27 Old Gloucester Street, London, WC1N 3AX” ünvanında qeydiyyatda olub və 1989-cu il təvəllüdlü Orxan Quluzadə şirkətin yeganə rəhbəridir.

Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan digər bir məlumatda isə qeyd olunur ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi digər bir şirkətin – “Ugano Limited” şirkətinin isə borcları artıb.

“Ugano Limited” şirkətinin öhdəliyi (Total Liabilities) 1 milyon 65 min 787 funt-sterlinqə (2,5 milyon manat) yüksəlib.

Açıqlanan rəsmi məlumatda bildirilir ki, “Ugano Limited” şirkətinin ümumi öhdəliyi ötən il 1 milyon 28 min 5 funt-sterlinq (o zamankı məzənnə ilə 2,3 milyon manat) olub. Son bir ildə şirkətin borcları 37,8 min funt-sterlinq artıb.

Məlumat üçün bildirək ki, “Ugano Limited” şirkəti 28 avqust 2007-ci ildə İngiltərədə qeydiyyatdan keçib. Orxan Quluzadədən əvvəl “Ugano Limited” şirkətinə 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı rəhbərlik edib. 2010-cu ildən sonra şirkətə Azərbaycan vətəndaşı Aynur Quliyeva (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) rəhbərlik edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay