Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır...

Koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış daha yoluxucu variantı tezliklə Almaniyada da dominant ştamma çevrilə, onun yayılmasını saxlamaq çətinləşə bilər. Bunu martın 5-də Robert Kox İnstitutunun rəhbəri Lotar Vieler deyib.

Onun sözlərinə görə, hazırda B117 variantı Almaniyadakı yoluxmaların 40 faizindən də artığını təşkil edir. Cəmi dörd həftə öncə bu, 6 faizə yaxın idi. “B117-nin tezliklə Almaniyada dominant variant olacağı görünür və o zaman virusu nəzarətdə saxlamaq daha çətin olacaq. Çünki B117 bütün yaş qrupları üçün daha yoluxucu və daha təhlükəlidir”,-Lotar Vieler bildirib.

Qeyd edək ki, hazırda koronavirusun üç yeni mutasiyası dünyada yayılmaqdadır. Bunlardan biri Britaniya ştammı, digərləri Braziliya və Afrika ştammları hesab edilir. Braziliya ştammı da daha yoluxucu və ölümcüldür. Bu ölkədə virusdan ölənlərin sayı hələ də yüksək olaraq qalmaqdadır. Ötən gün açıqlanıb ki, Çinin “Sinovac” vaksininin Braziliya ştammına qarşı təsiri praktiki olaraq yoxdur və bu pereparat virusa qarşı antitellər yarada bilmir.

Bu arada virusun dünyanı bürüməsindən bir ildən də çox vaxt keçdiyi bir vaxtda hələ də onun mənşəyini müəyyən edə bilmirlər. Yanvarda beynəlxalq ekspertlər qrupu Çinə səfərə getdi. Buna baxmayaraq, dünya COVID-19-un mənşəyini bilməyə qətiyyən yaxın deyil. Bunu da “Reuters” agentliyi pandemiya üzrə yeni təhqiqat aparmağa çağıran açıq məktub müəlliflərindən birinə istinadla yazır.

“Bir il öncəylə müqayisədə indi heç irəli getməmişik”, – Avstraliyadakı Flinders Universitetində vaksinlər üzrə ekspert Nikolay Petrovski deyib. Martın 4-də dərc olunmuş açıq məktubu 26 qlobal ekspert imzalayıb.

Yanvarda Dünya Səhiyyə Təşkilatının (DST) seçdiyi alimlərdən ibarət missiya Çinin mərkəzindəki Vuhan şəhərinə yollandı. Koronavirusun məhz həmin şəhərdə peyda olduğu bildirilir.Amma missiya tənqid olunur, DST Çinin siyasi təsir altında olan ekspedisiya işləri və datasına həddən artıq etibar etməkdə suçlanır.

Missiya üzvləri deyirlər ki, Çin COVID-19-un ilk dəfə aşkarlanandan aylar öncə yayıldığını göstərə biləcək datanı verməyib. Açıq məktubda o da qeyd olunur ki, DST missiyasının COVID-19-un mənşəyi üzrə nəzəriyyələrin hamısını “hərtərəfli və məhdudiyyətsiz araşdırmağa mandatı, müstəqilliyi, gərəkən çıxışı olmayıb”.

“Bütün imkanlar masa üstündə qalır və biz hələ onların hamısının kənarda qaldığı yeganə müstəqil elmi araşdırma görməmişik”, – Petrovski vurğulayıb.

DST missiyasının Vuhana səfərinin yekun brifinqində missiya rəhbəri Piter Ben Embarek virusun Vuhanda laboratoriyadan sızması ehtimalını istisna etməyə çalışıb.Amma Petrovski deyir ki, həmin ehtimalı çıxdaş etməyin “heç bir mənası yoxdur”.“Bizə açıq beyin lazımdır və əgər biz çox həssas hesab olunduğu üçün bəzi cığırları bağlayırıqsa, elm bu cür işləyə bilməz”, – o vurğulayıb. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay