Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNN: “Tramp seçkidən sonra ABŞ-da dövlət çevrilişi planlaşdırıb”

ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Milli keçmiş Prezident Donald Trampın seçkidəki uğursuzluqdan sonra dövlət çevrilişinə əl atmasından ehtiyat edib.

Bu barədə “The Washington Post” qəzetinin jurnalistləri Kerol Leonniq və Filip Rakerin kitabında qeyd olunub. Kitabdan kiçik bir hissəni CNN telekanalı paylaşıb.

Gələn həftə işıq üzü görəcək “Mən özüm bunu düzəldə bilərəm” adlı kitabda qeyd olunur ki, M.Milli və yüksəkçinli məmurlar qanunsuz hesab etdikləri əmrləri yerinə yetirmək əvəzinə istefa verməklə bir növ Trampı dayandırmağa cəhd edib.

Kitabın müəllifləri iddia edir ki, M.Milli dostları, vəkillər və həmkarları ilə dövlət çevrilişi təhdidi barədə müzakirələr aparıb.

“Onlar cəhd edə bilər, lakin uğura nail ola bilməyəcəklər. Siz bunu hərbçilər olmadan edə bilməzsiniz. Siz bunu MKİ və FTB olmadan edə bilməzsiniz. Biz əlində silah olan şəxslərik”, - deyə M.Milli bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Ən çox oxunanalar