Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Hüseynzadə: "Tokio-2020 üçün yekun heyət iyulun 5-dək formalaşacaq"

PİA.az Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin "Report"a müsahibəsini təqdim edir:

- Tokio Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan yığma komandasının heyəti tam formalaşıb?
- Demək olar ki, bəli. Bir neçə lisenziya da gözləyirik. Olimpiadaya hazırlıqlar davam edir.

- Hansı idman növlərində lisenziyalar gözləyirsiniz?
- Atletika və ağırlıqqaldırma növlərində gözləyirik. Həmçinin üzgüçülük və triatlonda əlavə bir yerə ümid edirik. Yekun heyət iyulun 5-dək formalaşacaq.

- Ağırlıqqaldırma növündə Boyanka Kostova və Əliş Nəzərovla bağlı situasiya necədir?
- Kostova, dopinq-testi müsbət nəticə verdiyi üçün olimpiadaya yollana bilməyəcək. Nəzərovun lisenziya qazandığına dair dəqiq məlumat hələ gəlməyib. Lakin onun adı verilib. Çünki son dünya çempionatında yalnız Nəzərov çıxış etmişdi. Bugünlərdə dəqiq informasiya alacağımızı gözləyirik.

- Azərbaycan London-2012 və Rio-2016-dan fərqli olaraq, Tokio-2020-də böyük nümayəndə heyəti sayılmayacaq...
- Bəli. Böyük nümayəndə heyəti lisenziya sayını 50-ni keçdikdə sayılır. Lakin bu dəfə həmin rəqəmi, baryeri keçə bilmədik. Əsas səbəb pandemiyadır.

- Adətən, MOK-da vitse-prezidenti postunu tutan gənclər və idman naziri vəzifəsinə təyinat yubanır. Bu təyinat olimpiadayadək gerçəkləşə bilərmi?
- Bu, artıq bizim məsələ deyil. Təyinatın Tokio-2020-dək gözlənilib-gözlənilmədiyini deyə bilmərəm. Sərəncamı Cənab Prezident verəcək.

- Hesab etmirsiniz ki, mərhum nazir Azad Rəhimovun uzun müddət iş başında ola bilməməsi lisenziya sayındakı geriləmədə təsiredici amil olub?
- Xeyr, heç bir təsiri olmayıb. İş gedib, imkan daxilində bütün tədbirlər görülüb. Hansı yarışlar keçirilibsə, idmançılarımız iştirak ediblər.

- Demək olarmı ki, Azərbaycan idmanında geriləmə var?
- Geriləmə hamımızın həyatına təsir edib. Problemləri isə pandemiya yaradıb. Əlbəttə, idmanda da problemlər mövcuddur.

- Tokio-2020-dən sonra idmanda hər şeyin öz qaydasına düşəcəyinə ümid edirsiniz?
- Pandemiya bitənədək müəyyən problemlər olacaq. Pandemiyanın isə olimpiadadan sonra bitəcəyini gözləmirik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar