Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramovun Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahının açılış mərasimində iştirak edib - Foto

6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində QH Gənclər Təşkilatının mənzil-qərargahının rəsmi açılış mərasimində iştirak və çıxış edib...

Poliqon xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Açılış mərasimində həmçinin QH-nın sədrlik üçlüyünün digər üzvləri qismində Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, eləcə də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, gənclər sektoru nümayəndələri və media mənsubları iştirak edib.

Tədbir iştirakçıları mənzil-qərargahda QH gəncləri üçün yaradılmış şərait ilə tanış olduqdan sonra açılış mərasiminin rəsmi hissəsi baş tutub.

Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov, QH Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü ən uğurlu təşəbbüslərdən biri olduğunu qeyd edib. Bu xüsusda, QH Gənclər Təşkilatının mənzil-qərargahının rəsmi açılışının keçirilməsinin Hərəkatın tarixində əlamətdar hadisələrdən biri olduğunu bildirərək, bu münasibətlə öz təbriklərini çatdırıb, Təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Açılış mərasimində, həmçinin QH Gənclər Təşkilatının fəaliyyətinə dair hesabat videoçarxı nümayiş olunub.

Açılış mərasiminin yekununda, QH-nın sədrlik üçlüyünün üzvləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, həmçinin Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Təşkilatın xatirə kitabına öz ürək sözlərini yazıblar.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar