Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Fransanı tənqid edib

BMT Fransanın məktəblərdə əbayə (müsəlman qadınların geyimi) geyinilməsinə qadağa qoymasını tənqid edərək beynəlxalq insan haqları hüququna əsasən, dini etiqadın məhdudlaşdırılmasına yalnız çox məhdud şəraitdə icazə verildiyini xatırladıb...

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi Marta Urtado Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq, dinin və ya inancın təzahürünə, o cümlədən geyim seçiminə məhdudiyyətlərə yalnız çox məhdud hallarda - ictimai təhlükəsizlik, ictimai asayiş, sağlamlıq və ya əhalinin mənəviyyatı ilə bağlı hallarda icazə verilir. Bundan başqa, insan hüquqları sahəsində beynəlxalq hüquqa əsasən, ictimai asayiş naminə görülən tədbirlər uyğun, zəruri və mütənasib olmalıdır”, - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi vurğulayıb ki, digər məqam gender bərabərliyinə nail olmağın qadınların və qızların azad seçim etmələrinə mane olan maneələri başa düşməyi və geyim seçimləri də daxil olmaqla onların özlərinin qərar qəbul etmələrini dəstəkləyən mühitin yaradılmasını tələb etməsidir.

Daha əvvə iyul ayında Fransanın təhsil naziri təyin olunmuş Qabriel Attal məktəblərdə əbayə geyinməyi qadağan etmək qərarına gəldiyini bildirərək bu tədbiri təhsil müəssisələrinin rəhbərləri ilə müzakirə edəcəyini söyləmişdi.

Poliqon.info


Etiket: BMT Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar