Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokurorluğun nümayəndəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edib - Foto

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Türkdilli dövlətlərin hüquq mühafizə orqanları akademiyaları və təlim mərkəzləri arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər davam etdirilir.

Bu barədə PİA.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindn məlumat verilib.
Bildirilib ki, 5-8 oktyabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi ilə təşkilata üzv dövlətlərin hakim və prokurorlarının tədris müəssisələrinin ilk iclası keçiriib.
Türkiyə Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə üzv dövlətlərin müvafiq ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Covid-19 pandemiyası dövründə ədliyyə sisteminin fəaliyyətinə dair təcrübə mübadiləsi məsələləri, ən əsası isə “Türk Ədliyyə Akademiyaları Birliyi”nin təsis edilməsi ilə bağlı ilkin təşəbbüslər müzakirə edilib.

Tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov təmsil edib. Baş Prokurorluğun nümayəndəsi prokurorluq orqanlarında həyata keçirilən islahatlar, eləcə də Elm-Tədris Mərkəzinin fəaliyyəti barədə geniş məlumat verib.

Tədbir iştirakçıları Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamid Gül, Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, eləcə də digər dövlət rəsmiləri tərəfindən qəbul edilmiş, ədalət mühakiməsi sahəsində ən mühüm təsisatların fəaliyyəti ilə yaxından tanış olublar.
Səfər çərçivəsində Türkdilli dövlətlərin ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın daha da intensivləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay