Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qaçırıldığını deyən kişi rəsmi arvadının yanında tapıldı

Ötən bazar günü Bakının Yasamal rayonunda maraqlı hadisə baş verib...

Kişi vətəndaş nikahında olduğu həyat yoldaşına nəticələrini düşünmədən, bir cinayətin qurbanı olduğunu deyib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

“Yanvarın 26-da 33 yaşlı Biləcəri qəsəbə sakini S.A. Yasamal rayonu 28-ci Polis Bölməsinə müraciət edib. Onun sözlərinə görə, həmin gün vətəndaş nikahında olduğu əri Z.Q. “Niva” markalı avtomobilini satmağa gedib.

İddiaya görə, o, maşınını Bakı Dairəvi yol adlanan əraizdə yerləşən bir bazarda satışa çıxarmağı planlaşdırıb. Saat 15:45-də kişi arvadına zəng edərək, maşınla birlikdə yad adamların onu qaçırdıqlarını bildirib.

İstintaq prosesində müəyyən edilib ki, heç bir qaçırılma hadisəsi baş verməyib. Fırıldaqçı həmin gün axşam saatlarında Füzuli rayonunun Qarabağ kəndində rəsmi həyat yoldaşının yanında tapılıb. Beləliklə, “ikiarvadlı”nın yalanının üstü açılıb”, - deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət əsnasında kişi yalan danışdığını etiraf edib. Onun sözlərinə görə, “sadəcə ikinci arvadın onu bir neçə gün axtarmamasını istəyib” və “polisə müraciət edəcəyini ağlına gətirməyib”.

“Vətəndaş nikahında olan qadının belə etməsi təbiidir, istənilən normal insan belə edər. Bir arvadın öhdəsindən gələ bilmirsiniz, bu isə ikisinin arasında qalıb”, - deyə polis zarafat edib.

Yanvarın 27-də “ikiarvadlı” izahat vermək üçün polis idarəsinə dəvət edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Ən çox oxunanalar