Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan MN Ermənistanın diversiya aktını pərdələmək cəhdini ifşa etdi - Yenilənib, Video

Azərbaycan Müdafiə Nazirliyi erməni diversantın saxlanılması ilə bağlı Ermənistan tərəfinin yaydığı videogörüntülərə münasibət bildirib...

Qurumun Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur:

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ-390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.

Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır”.

***

Ermənistanın daha bir yalanının üstü açıldı.

Caliber.Az-ın verdiyi məlumata görə, bu gün KəlbəcərAzərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılan erməni diversant Qagik Voskanyan ərazidən UAZ markalı avtomobillə çıxarılıb.

Ermənistan Müdafiə Nazirliyinin guya həmin diversantın saxlanılması adı ilə yaydığı videonun isə bugünkü təxribatla heç bir əlaqəsi yoxdur.

Bu görüntülərlə Ermənistan tərəfi bu gün törətməyə cəhd göstərdiyi diversiya aktının üstünü ört-basdır etməyə çalışıb. Amma göründüyü kimi, bu əməlin də üstü açıldı.

***

Ermənistan Müdafiə Nazirliyi erməni diversantın Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmasının görüntülərini yayıb.

Görüntülərdə bir neçə azərbaycanlı hərbçi diversanta yaxınlaşaraq onunla danışır, sonra avtomobilə mindirərək aparır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 16-da saat 11:15-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur ediliblər.

Saxlanılan diversantın 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay