Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Gorus-Qafan yolundan keçən İran maşınlarını nəinki yoxlayır, onlardan yol vergisi də alır

Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyması və İrandan Ermənistana gedən yük maşınlarını saxlayıb yoxlamağa başlaması Yerevanda növbəti çaxnaşmaya səbəb olub. Virtualaz.org xəbər verir ki, Azərbaycan indi bu yoldan keçən İran TIR-larını nəinki saxlayıb yoxlayır, onlardan yol vergisi də alır. Bu barədə Ermənistan parlamentinin müxalif “Ermənistan” blokundan deputat Vaqe Akopyanın arvadı Elizabet Poqosyan özünün Facebook səhifəsində bildirib. Sosial şəbəkələrin erməni seqmentində İran yük maşınlarının sürücülərindən birinin Azərbaycan tərəfinə ödədiyi yol vergisinə dair qəbzin fotosu da paylaşılır.

Fotoya əsasən vergini Cənub Ərazi Baş Gömrük İdarəsi tutur, qəbzdə tutulan verginin məbləği 221 manat göstərilir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə və beynəlxalq yükdaşımalara dair normalara əsasən ölkə ərazisindən tranzit keçən yük maşınlarından yol vergisi tutulur. Azərbaycan bu qaydanı Gorus-Qafan yolundan keçən İran yük maşınlarına da tətbiq etməyə başlayıb. Çünki yolun bəzi hissələri Azərbaycanın suveren ərazilərindən keçir. İndiyədək Azərbaycan tərəfi bu yolda sərbəst hərəkətə icazə vermişdi, sadəcə vizual nəzarət həyata keçirirdi. Lakin bir neçə həftə əvvəl Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində erməni hərbçilərinin Azərbaycan sərhədçisinə bıçaqla hücum etməsinin ardınca Azərbaycan tərəfi yolda hərəkəti dayandırdı. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra yolda hərəkətə yenidən icazə verildi, amma Azərbaycan sərhədçiləri yolun ən azı iki hissəsində hərəkət sürətini minimuma endirmək üçün beton bloklar qoydular. Ehtimal edilirdi ki, bu süni maneələr məhz İrandan Qarabağa şübhəli yük daşıyan TIR-ları saxlayıb yoxlamaq üçün qoyulub.

Belə görünür ki, bu ehtimallar özünü doğruldub. Azərbaycan tərəfi yolda polis postu qoyaraq İrandan Ermənistana gedən TIR-ları yoxlamağa başlayıb və onlardan tam qanuni olaraq yol vergisi də toplamağa başlayıb. Çünki Gorus-Qafan yolunun həmin hissələri Azərbaycanın suveren ərazilərindən keçir və Ermənistanda bu vəziyyətlə də barışmağa məcbur olacaqlar. Üstəlik Azərbaycanın səlahiyyəti var ki, yolda sərhəd-keçid rejimi də tətbiq etsin. O zaman Ermənistan sakinlərinin bu yoldan keçməsi üçün Azərbaycandan viza alması tələb olunardı, hansı ki, diplomatik münasibətlər mövcud olmadığından Azərbaycan Ermənistan vətəndaşlarına belə viza verə bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Ən çox oxunanalar