Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada "Gənc Debatçılar və Natiqlik Akademiyası" layihəsinin Açılış mərasimi baş tutub

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "İdeyanı Reallaşdır" qrant müsabiqəsinin Qalibi Ayşən Tağızadənin rəhbərliyi ilə Ağstafa rayonunda "Gənc Debatçılar və Natiqlik Akademiyası"  layihəsinin Açılış mərasimi baş tutub. Layihədə tərəfdaşlarla yanaşı qonaq müəssisələr də dəvət olunub...

Ağstafa Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Leyla Zeynalova, Qazax-Tovuz Regional Gənclər və idman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman  sektorunun müdiri Turan Hüseynov, Gənclərin İnkişaf Və Karyera Mərkəzinin Ağstafa bölməsinin əməkdaşı Lalə Quliyeva iştirak edib. Layihədə 33 nəfər 14-25 yaş aralığında olan gənclər iştirak edir. Açılış mərasimindən sonra, Vətəndaş Cəmiyyətində Debat (DVC) İdarə heyətinin üzvü Nurlan Abbasov  layihənin ilk günü  Natiqlik eyni zamanda Debat oyunu haqqında ilkin anlayış gənclərə aşılanıb. Layihə Ağstafa -Qazax və digər ətraf rayon gəncləri üçün təşkil olunmuşdur. Layihədə əsas məqsəd Gənclər arasında düşünmə bacarığını inkişaf etdirəcək, onlarda təhlil etmə və fikirlərini dolğun şəkildə ifadə etmə bacarığını formalaşdıracaq. Layihənin keçirilməsində əsas məqsəd regionda natiqlik və debatın inkişaf etdirilməsi, onlarda auditoriya qarşısında çıxış bacarığının formalaşdırmaqdır.

Layihənin sonuncu - üçüncü günündə isə həm natiqlik, həm də debat oyunu üzrə yarışlar təşkil olunub. Natiqlik üzrə Kamilə İsayeva, Nuray Yaqubova və İlkin Quliyev müvafiq olaraq ilk üç yeri tutublar. 

Debat oyunu üzrə hər birinin tərkibində 3 gənc olan 4 komanda mübarizə aparıb. Komandalardan "Qarabağ" I, "Turan" II, "Xarıbülbül" isə III pillədə qərarlaşıb. Yekunda qalib gənclər kubok, medal və sertifikatlarla təltif olunublar. 

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar