Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yayda çay və kofe içərkən bunlara diqqət edin

"Hər zaman olduğu kimi, yay aylarında da çay və kofedən həddindən artıq istifadə olunur"...

Poliqon bildirir ki,  bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova hit.az-a açıqlamasında deyib.

O, çayın insan orqanizminə olan faydalarından bəhs edib:

"Əslində çayın orqanizm üçün bir çox faydaları mövcuddur. Məsələn, tərkibində təbii kafeinin olması orqanizmdə enerjinin qısa müddətdə bərpa olunmasına gətirib çıxarır. Həmçinin, susuzluğu da yatırdır. Lakin mütləq şəkildə keyfiyyətli, mənşəyi bəlli olan və yaxşı dəmlənmiş çaydan içmək lazımdır. Paket çaylardan birmənalı şəkildə uzaq durmalıyıq". 

Ekspert çayla bağlı diqqət edilməli məsələlərə də aydınlıq gətirib:

"Ümumiyyətlə, çayı acqarına içməməyə də diqqət etməliyik. Bundan başqa, çayı yeməkdən dərhal sonra içmək olmaz. Arada ən azı yarım saat fasilə vermək lazımdır. Yeməkdən yarım saat sonra qəbul olunan çay həm orqanizm üçün faydalı olur, həm həzm prosesini sürətləndirir, həm də maddələr mübadiləsi yaxşılaşdırır". 

Mütəxəssis kofeni də bura aid edib:

"Acqarına kofe içilməsi də məsləhət deyil. Çünki kofe tərkibindəki kafein və digər maddələrin hesabına mədə turşuluğunun artmasına gətirib çıxarır. Bu isə acqarına çay və ya kofe içən insanlarda zamanla mədə şirəsinin turşuluğunun artmasına və mədədə yaraya səbəb ola bilir. Ona görə də bunlara diqqət etməliyik". 

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar