Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada növbəti Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri başa çatıb...

Bu barədə Poliqon-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, poeziya bayramına iyulun 19-da Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən "Vaqiflə səyahət" adlı bədii-musiqili tamaşa ilə yekun vurulub.

İlk dəfə təqdim olunan tamaşa azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin Şirvaniyə həsr olunub. Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olub. İlk təhsilini ailəsi Kərbəla şəhərinə köçdüyündən orada alır. 1796-cı ildə təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə bir sıra dilləri öyrənir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, şəhəri ziyarət edən zəvvarların söhbətləri onun nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. Görkəmli alimin adı nəinki vətənimizdə, hətta onun sərhədlərindən çox-çox uzaqlarda da geniş şöhrət tapıb. H.Z.Şirvaninin tarixi, fəlsəfi, coğrafi, bioqrafik xarakter daşıyan əsərləri Çin, Hindistan, Koreya Respublikası, İran, Türkiyə, İndoneziya, Bolqarıstan, Polşa, Fransa, İngiltərə və s. ölkələrin mütəxəssis və alimləri tərəfindən çox yüksək qiymətləndirilib.

Şuşada təqdim olunan səhnə əsərində də alimin həyat yolu, ömür kredosu bir daha vərəqlənir, tamaşaçıya çatdırılır. Tamaşa Azərbaycan mədəniyyətini dünyada təbliğinə töhfə vermiş soydaşlarımızı tanıtmaq məqsədilə ərsəyə gətirilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada Şuşa Dövlət Musiqili Dram, Azərbaycan Dövlət Pantomima və Azərbaycan Dövlət Yuğ teatrlarından aktyorlar – Əməkdar artistlər Nazir Rüstəmov, Azad Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov, Qasım Nağı, həmçinin Orxan Abışov, Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva, Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad Nuriyev, Elnur İsmayılov, Nihat Heybətov iştirak edirlər.

Səhnə əsərində eyni zamanda Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nigar Şabanova, xanəndələr Hüseyn Məlikov, Nüşabə Kərimli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də yer alıblar.

Böyük peşəkarlıqla hazırlanmış bədii-musiqili səhnə işi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişdən sonra xatirə şəkilləri çəkdirilib.

Bununla da mədəniyyət paytaxtımız azad Şuşada dördüncü dəfə təşkil olunan Vaqif Poeziya Günləri tarixə qovuşub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar