Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan derbisində "Qarabağ" qalib gəlib - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb.

Apasport.az saytının məlumatına görə, III dövrənin ilk oyun günündə iki matç baş tutub.

"Qarabağ" qapıçı transferini açıqlayıb
Azərbaycan millisinin 2 futzalçısı Gürcüstanla oyun öncəsi koronavirusa yoluxub
Duşan Vlahoviç “Yuventus”a keçib
XV tur paytaxt derbisi ilə başlayıb. “ASK Arena”da “Keşlə” “Zirə”ni qəbul edib. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan Sənan Qurbanovun yetirmələri “Sabah”a çatmaq üçün qalib gəlməli idi. Lakin Rəşad Sadıqovun komandası buna imkan verməyib. "Keşlə"nin uzun müddət azlıqda çıxış etdiyi görüşdə "Zirə" Mohamed Hamdauinin yeganə qolu sayəsində qələbə qazanaraq, turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Günə Azərbaycan derbisi ilə yekun vurulub. Son çempion “Neftçi” çempionatın lideri “Qarabağ”ı qəbul edib. Cari mövsümdə rəqibindən xal ala bilməyən Samir Abasovun komandası uğursuz seriyanı yenə qıra bilməyib. Kadi Borqesin dublu ağdamlıları iki top fərqilə önə keçirib. Son dəqiqələrdə fərqi minimuma endirən “Neftçi” bərabərlik topu üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib. Bununla “Qarabağ” çempionluq yolunda daha bir önəmli addım atıbsa, “Neftçi” 4-cü pilləyə yuvarlanıb.

Qeyd edək ki, turun sabah keçiriləcək matçlarında “Sabah” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XV tur
7 fevral (bazar ertəsi)

16:00. “Keşlə” – “Zirə” - 0:1

Qol: Mohamed Hamdaui, 45

Qırmızı vərəqə: İlkin Qırtımov, 39

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
“Keşlə”: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara,

77. Merab Qiqauri, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov

Baş məşqçi: Sənan Qurbanov

“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 25. Vüsal Əliyev

Baş məşqçi: Rəşad Sadıqov

“ASK Arena”

19:00. “Neftçi” – “Qarabağ” - 1:2

Qollar: Mert Çelik, 82 - Kadi Borqes, 25, 62

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli

Baş məşqçi: Samir Abasov

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 27. Toral Bayramov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov

“Bakcell Arena”

***

"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında ikinci qol vurulub.

"Report"un məlumatına görə, 62-ci dəqiqədə Kadi Borges dubl edib.

***

"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, birinci yarıdan sonra qonaqlar hesabda öndədirlər - 1:0.

***

"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Ağdam klubu fasiləyə minimal hesablı üstünüklə yollanıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Kadi Borges vurub.

***

"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında hesab açılıb.

"Report"un məlumatına görə, 25-ci dəqiqədə qonaqların heyətində Kadi Borges fərqlənib.

***

"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçı start götrürüb.

"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşmanı Kamal Umudlu idarə edir.

Qeyd edək ki, hazırda paytaxt klubu 22 xalla 4-cü, Ağdam təmsilçisi isə 33 xalla ilk pillədə qərarlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay