Argentinalılar ölkəni bürüyən isti hava dalğası səbəbindən kütləvi şəkildə kölgə axtarır və fəvvarələrdə sərinləməyə çalışırlar...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Argentinada havanın temperaturu +40 dərəcəyə yüksəlir. Buenos-Ayres sakini bununla bağlı agentliyə deyib: "Hər şey əriyir. Vəziyyət getdikcə çətinləşir. Burada, heç olmasa, çay və bir az hava var. Orada cəhənnəmdir".
Yüzlərlə insan çayların yaxınlığında toplaşır və istidən xilas olmaq üçün suya girir.
"Hətta kondisioner də kömək etmir. İstilik damdan evə yayılır, orada qalmaq sadəcə mümkün deyil. Ona görə də yaxşısı budur ki, qaçıb çayın kənarında belə yer tapıb, ailə ilə istidən qorunasan", deyə yerli sakinlər bildirib.
Qeyd edək ki, yanvarın sonunda Avstraliyada da dözülməz istilər qeydə alınıb. Ölkənin bəzi rayonlarında havanın temperaturu +47 dərəcəyə yüksəlib. Belə hava 2019-2020-ci illərdə olduğu kimi yeni irimiqyaslı meşə yanğınları riskini artırır. Həmin vaxt Avstraliyada "qara yay" adlanan dövr olub - meşə yanğınları 33 nəfərin, 3 milyard heyvanın və trilyonlarla onurğasızın həyatına son qoyub.
Poliqon.info