Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada Qərbi Azərbaycana qayıdışla bağlı məsələ müzakirə olunub

Türkiyənin paytaxtı Ankarada Qərbi Azərbaycana qayıdışla bağlı məsələ müzakirə olunub.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Ankarada səfərdə olan Azərbaycan Milli Məclisi Azərbaycan-Türkiyə Parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun nümayəndə heyətinin iştirakı ilə Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda dəyirmi masa formatında tədbir keçirilib.

Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin üzvlərinin, Ankarada fəaliyyət göstərən Qazi, Sosial Elmlər, Ortadoğu Texniki Universitetinin rektorlarının, Ankara Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbir Ankara Universitetinin rektoru Necdet Ünüvarın açılış nitqi ilə başlayıb.

Daha sonra Azərbaycan Milli MəclisAzərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov Ermənistan tərəfindən zorla doğma yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiə edilməsinin əhəmiyyətini qeyd edib.

Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, millət vəkili Əziz Ələkbərli təşkilatın fəaliyyəti, məqsədi və məramı haqqında təqdimat edib, Qərbi Azərbaycandan olan əhalinin əsas hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin və təmin olunmasının vacibliyini qeyd edib.

Daha sonra nümayəndə heyətinin tərkibində olan millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, Anar İskəndərov, Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumat veriblər.

Türkiyə parlamentində Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, çıxışında Qərbi Azərbaycandan məcburi köçürülmüş əhalinin hüquqlarının beynəlxalq platformalarda müdafiəsi məqsədilə Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlığın zərurətini vurğulayıb.

Daha sonra çıxış edən Qazi Universiteti, Orta Doğu Texniki Universiteti, Sosial Elmlər Universiteti rektorları və Ankara Universitetinin professor-müəllim heyəti üzvləri Qərbi Azərbaycan mövzusunun tədris prosesində işlənməsi, bu mövzuda akademik tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda iştirakçılar Ankara Universiteti Rektorluğu önündə 2001-ci ildə Ümmmilli lider Heydər Əliyev tərəfindən əkilmiş ağacın önündə xatirə şəkli çəkdirərək, ulu öndərin əziz xatirəsini yad ediblər.

Poliqon.info 


Etiket: Qayıdış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Ən çox oxunanalar