Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara və NATO-nun ayrılmaq vaxtı gəlib çatıb? - Şimal Alyansı Türkiyəyə alternativ tapıb?..

Türkiyə NATO-nu məhv etmək və ya dünyadakı varlığını ən azından zəiflətmək üçün Rusiya ilə gizli bir rol oynayırmı?..

İmil Emin
“Şarkul Avsat” qəzeti, 23 iyun 2021-ci il

İttifaqın Brüsseldəki son görüşlərinə dair gizli sızdırmalar iki tərəf arasındakı münasibətlərin çıxılmaz vəziyyətə gəldiyi təəssüratını yaradır. Görünür, Atlantikdəki düşünən beyinlər artıq Türkiyənin varlığının lazımsız bir yükə çevrildiyinə və ABŞ ilə Avropanın sabit olaraq qorumaq istədiyi hədəflərə yaxın bölgələrdə türk bazalarına logistik alternativlər tapdıqlarına inanır. Bəs yaxşı, Türkiyənin NATO-dakı varlığının ləğvi ilə bağlı xəbərlər niyə maraqlı deyil?

ABŞ prezidenti Cozef Baydenin təcili məsələ kimi gördüyü Türkiyə problemini həll etməyə ciddi əzm göstərdiyi məlumdur. Bu çərçivədə Ərdoğanla olan görüşü xeyli gözə çarpan idi və işin iç üzünü bilənlər Ağ Ev rəhbərinin Türkiyə prezidentinə tamamilə mənfi yanaşdığını yaxşı bilirlər. Doğrudan da, Bayden onu bir neçə dəfə diktator kimi qələmə verib və yürütdüyü siyasəti açıq şəkildə qınayıb.

Gizlilik indiyə qədər norma olaraq qalsa da, son Atlantik zirvəsindən sonra bir çox xəbər agentliyi Türkiyənin rolu və NATO-nun gələcəyi ilə pərdə arxasında olan kəsişmələr barədə dərin müzakirələr aparıldığını bildirib. G7-nin və daha sonra NATO-nun rəhbərliyi altındakı son ABŞ-Avropa görüşlərində müttəfiqlər Rusiya və Çinin əsas maneə olduğuna və 2030-a qədərki müddətdə onlara qarşı açıq mövqelərin önə çıxarılmasına qərar verdilər. Bu baxımdan, Türkiyə NATO-nun mütərəqqi siyasətində rahat bir ortaq və yaradıcı aktyor kimi görünmür, əksinə, onun ürəyinə sancılmış bir xəncərə çevrilib.

Türkiyənin NATO üçün günaha yaxın olan səhvlərini və onun inkişafına necə mane olduğunu sadalaya bilərik.

Bir çox başlanğıc var. Məsələn, Türkiyənin rus S-400 müdafiə sistemini əldə etmək istəyi NATO təyyarələri üçün təhlükə yaradır. Radikal təşkilatlara maddi-texniki xidmətlər göstərməsindəki gizli rolu da unutmamalıdır. Eynilə, Avropanı milyonlarla qaçqınla dolduraraq, təhlükəsizliyini təhdid etmək məqsədilə həmişə öz qapılarını açacağını deyib Avropanı təhdid edir.

Türkiyə, həmçinin, son illərdə İŞİD-lə mübarizəyə açıq dəstək verən NATO-nun dəstəklədiyi bir qrup olan kürdlərə qarşı aqressiv siyasət tətbiq edir.

Yuxarıda göstərilənlərə əlavə olaraq, Türkiyənin Yunanıstan və Cənubi Kipr Yunan rəhbərliyi kimi bir çox NATO üzvü ölkəyə qarşı apardığı siyasət təxribat çərçivəsindən kənara çıxıb və qeyri-sabitlik dövrünə çatıb. Hadisələri izləyənlər Yunanıstanda və Kipr Yunan ərazi sularında təbii qaz axtarışları nəticəsində bəzi məqamlarda Brüssel ilə Ankara arasında hərbi qarşıdurmanın qaçılmaz olduğunu gördülər.

NATO%20map.jpg" />

Demokratiya məsələsinə gəldikdə isə xüsusilə Türkiyədə pisləşən yaşayış şərtləri, siyasi həyatda yaşanan böhranlar və müxaliflərə qarşı olan məhdudiyyətlər və təzyiqlər nəzərə alınmaqla heç bir tərəddüd etmədən danışmaq mümkündür.

Xarici siyasət səviyyəsində beynəlxalq xəritəyə baxanlar Türkiyənin Liviya ərazisində bir narahatlığa çevrildiyinə əmin olarlar. Türkiyə müdafiə naziri Hulusi Akar Liviya səlahiyyətlilərinə məlumat vermədən Liviyaya etdiyi son səfəri ilə bütün dünyanın gördüyü kimi, artıq suverenlik fikrinin qiymətləndirməyəcəyi­ni əminliklə ortaya qoydu. Türkiyə özünə bağlı olan milisləri və muzdluları geri çəkərək, əvəzinə öz ordusunu Liviyaya göndərir. Türkiyə NATO-nu məhv etmək və ya dünyadakı varlığını ən azından zəiflətmək üçün Rusiya ilə gizli bir rol oynayırmı?

Mayın sonunda ABŞ Demokratiyanı Müdafiə Vəqfi Türkiyəni müttəfiqi Rusiya ilə əlbir olaraq NATO-ya qarşı sui-qəsd qurmaqda günahlandırıb. Bu vəqf öz hesabatında Türkiyənin qəzaya uğramış bir sərnişin təyyarəsi və müxalifətçi bir jurnalistin tutulması səbəbiylə AvropaABŞ-ın geniş miqyaslı sanksiya kampaniyasına qarşı Belarusiyanı qorumaq üçün müxtəlif üsullardan istifadə etdiyini də qeyd edib.

“Wall Street Journal”a gəlincə də o, rus çarı Vladimir Putinin açıq şəkildə görünən bir hədəfi olduğunu və bütün gücü ilə Ankaranı Atlantik kontekstindən çıxarmaq və NATO ilə arasında ziddiyyət yaratmağa çalışdığını bildirib. Putinin tərəddüd belə etmədən Türkiyəni bir gün Moskva ilə əsl bir ittifaqa qatmağı düşündüyünü qeyd edib. Lakin ruslar türklərdən əsla əmin deyillər və rus tarixi türklərə qarşı unudulmaz bir kin daşıyır.

Türkiyə artıq risk almağa və NATO üçün qeyri-konstruktiv rolları barədə susmağa dəyən bir müttəfiq deyil, əksinə strategiyasına mane olan bir müttəfiqdir. Gündən-günə Türkiyənin NATO üçün logistik dəyəri daha da azalmaqdadır. Məsələn, keçən əsrin 50 və 60-cı illərində “İncirlik” bazası böyük əhəmiyyət daşıyırdı, lakin bu gün smart raketlər, pilotsuz uçuş aparatlar, kosmik lazer hücum şəbəkələri və NATO-nun dənizdəki nəzarəti ilə Ankaranın önəmi get-gedə daha çox azalır. Sızdırılan məlumatlarda da deyildiyi kimi, Ankaraya yaxşı alternativ ola biləcək müttəfiqlərin ortaya çıxışından danışmağa belə ehtiyac yoxdur.

Qısaca, Türkiyənin ziddiyyətlər üzərindən oynamasına ehtiyac yoxdur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: NATO Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ən çox oxunanalar