Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Altı dövlət, bir millət - Türkiyə türkdilli xalqları birləşdirə bilərmi?

Rus mütəxəssislər türkdilli ölkələr arasında hərbi ittifaq qurma ehtimalına şübhə edirlər, çünki aralarında çox sayda ziddiyyət, rəqabət və problemlər var...

Vitali Naumkin
“Şarkul Avsat” qəzeti, 19 may 2021-ci il

Keçən ilin sonunda Türkiyənin Bakıya qeyd-şərtsiz dəstək verdiyi ErmənistanAzərbaycan arasındakı genişmiqyaslı silahlı toqquşmalardan sonra, Rusiya mətbuatında Türkiyənin qonşularının “Türk birliyi” adlandırdığı məsələ ilə bağlı narahatlıqlarını ifadə edən bir sıra material yayımlanıb. Bunun səbəbi Ankaranın bu münaqişədəki rolu, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvəsindəki çıxışıdır.

Ərdoğan çıxışında əvvəlcə Azərbaycan-Türkiyə münasibətlərini vurğulayan “İki dövlət, Bir millət” şüarını, “Altı dövlət, Bir millət” şüarı ilə əvəzləyərək gündəmə gətirdi. Bu iki ölkənin xalqı bir-birinə çox oxşar dillərdə danışır. Belə ki, mədəni və dil kimliklərini sevən azərbaycanlıların əksəriyyəti bununla razılaşmasa da, türk ziyalılarını təmsil edən bir qrup bu iki dili vahid bir türk dili kimi qəbul etməyi təklif edirlər. İndi də Türkiyə prezidenti bu yeni şüarı elan edərkən öz ölkəsinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycanı “evin adamı” kimi gördüyünü söyləyib. Halbuki bu ölkələr ciddi şəkildə bitərəf mövqelərinə riayət edirlər və Şurada hələ müşahidəçi qismində iştirak edirlər.

Ərdoğan “Türküstan” ifadəsini türk xalqlarının “ailə bətni” və ya “əsas diqqət mərkəzi” kimi işlədib. Bu ifadənin mərkəzindəki sakinləri “300 milyonluq böyük bir ailə” olaraq xarakterizə edib.

Bölgədəki bir çox insanı təəccübləndirən məsələ isə Ərdoğanın bu xalqların eyni dinə inanmaqla yanaşı, həm də eyni tarixə və mədəniyyətə sahib olduğunu, eyni mədəniyyətləri paylaşdığını, eyni dildə danışdığını və bu səbəbdən, Türkiyəni də öz evləri hesab etdiyini deməsi idi. Ərdoğan Türkiyədəki bir türk topluluğundan da bəhs edib. O, bununla sözügedən 6 ölkədən gələn mühacirlərlə birlikdə, həmçinin tatarları, çərkəzləri, ahıska türklərini və hətta çeçenləri (ölkələrindən uzaqda qalan qardaşları) nəzərdə tuturdu.

Bu nöqtədə istər-istəməz ərəb dünyası ilə müqayisə aparmaq meyli ortaya çıxır. Bəlkə də, Ərdoğan bilərəkdən ərəblərə meydan oxumaq istəyir. “Ərəb birliyi” fikri ərəblər üçün hələ də yaşayır, baxmayaraq ki, bu birliyin qatı tərəfdarları 70 il əvvəlkindən daha azdır. O vaxtlar ərəbpərəst bir gənc olaraq, “Birləşmiş Ərəb milləti” şüarının pərəstişkarı olduğumu da gizlətmirəm. Şübhəli yanaşan rus həmkarlarıma qarşı da bu fikri müdafiə edərdim. Ərəb millətçisi olan dostlarım, xüsusən də fələstinlilər məni coşğu ilə gələcəkdə ərəblərin birləşəcəyinə inandırmışdılar. Mən də onlara inanmağa can atırdım. Hamımız işğaldan azad edilmiş torpaqlarda “Müstəqil və Suveren Fələstin Dövləti”nin yaradılmasının yaxın olduğuna inanırdıq.

Bu gün Ərdoğanın ifadələrinin əsaslandığı arqumentləri birlikdə müzakirə etdiyim bir türk professor dostum illər əvvəl ərəb dostlarımdan daha az həvəslə də olsa, məni türklərin yaşadığı 6 ölkənin gələcəkdə bir birlik quracağına inandırmağa çalışır: “Mustafa Satı əl-Hüsri nəzəriyyəsi dil və tarix birliyinə əsaslanmırmı? Bu uğurlu olmasa da, biz türklər uğurlu olacağıq, çünki Türkiyə dövlətinin və prezidentinin təmsil etdiyi güclü bir lider var”. Mən isə ərəblərin ən azından ortaq bir ərəb ədəbi dilinə sahib olduqlarına dair dəlillər irəli sürdüm, halbuki türklərdə belə bir şey yoxdur. Amma bu dəlil də onu düşüncəsindən çəkindirmədi.

Əlbəttə ki, hər şey Ərdoğan və tərəfdarlarının bu şüarı necə şərh etməsindən asılıdır. Siyasi konsepsiyası ilə köhnə “türk birliyi” fikirlərini canlandırmağa çalışacaq qədər sadəlövh olduğunu düşünmürəm. Söhbət bir-birindən tamamilə fərqli olan və bu yaxınlarda müstəqil inkişaf və milli quruculuq yoluna başlayan bir neçə ölkədən gedir. Yəni bu məqamda yalnız mədəni birlik, ticarət və iqtisadi inteqrasiyadan söhbət gedir? Çox güman ki, elədir.

Bununla birlikdə “Türk birliyi” konsepsiyasının təbliğ olunan başqa bir cəhəti də var ki, bu da məqaləmin əvvəlində qeyd etdiyim narahatlığı artırır: hərbi inteqrasiya. Keçən ilin oktyabr ayından etibarən Türkiyə mediası vahid bir “Turan Ordusu”nun yaradılması yönündə çağırışlarını yayımlamağa başlayıb. Həmin ayda Müdafiə naziri Hulusi Akar Qazaxıstan və Özbəkistana səfər edərək hərbi-texniki əməkdaşlığın genişləndirilməsi addımlarını müzakirə edib. Azərbaycanla hərbi əməkdaşlığa gəlincə isə bu, həqiqətən də, Ermənistanla son qarşıdurmalarda belə misilsiz səviyyədə hərbi əməliyyatlarda Türkiyə vətəndaşlarının birbaşa iştirak etməsinə gətirib çıxarıb.

Rus mütəxəssislər türkdilli ölkələr arasında hərbi ittifaq qurma ehtimalına şübhə edirlər, çünki aralarında çox sayda ziddiyyət, rəqabət və problem var. Təəssüf ki, bu, Müstəqil Dövlətlər Birliyindəki ölkələrə də aiddir. Məsələn, bu yaxınlarda çox sayda özbəyin yaşadığı Tacikistan və Qırğızıstan sərhədində kiçik miqyaslı toqquşmalar baş verib və bu, Rusiyanın köməyi ilə yatırılıb. Həmçinin, Mərkəzi Asiya ölkələrinin Rusiya və ya Çinə qarşı düşmən olmaları onlar üçün də qazanclı olmayacaq, lakin Türkiyə ilə geniş iqtisadi ortalıq mütləq şəkildə inkişaf edəcək.

Bəs “tək türk milləti” ideyası necə? Mənə elə gəlir ki, türkdilli xalqlar bəzən xarici qüvvələr tərəfindən gücləndirilən bütün anlaşmazlıqlara və çəkişmələrə baxmayaraq, inteqrasiya şərtləri baxımından ərəblərə çata bilməyəcəklər.

Məşhur livanlı siyasətçi, diplomat də keçmiş nazir Qassan Selame Valdai Beynəlxalq Dialoq Forumu ilə bağlı verdiyi müsahibədə ərəb cəmiyyətindəki bəzi vacib nüanslara toxunub. Qassanın bu barədə dediklərinin qısaca izahı odur ki, əsas ünsür ortaq mədəniyyət bazarıdır. Bu baxımdan ərəb mədəniyyəti bazarı Avropa bazarından 10 dəfə güclü şəkildə bir-birinə bağlanmış vəziyyətdədir. Məsələn, bu gün bir ərəb ölkəsində güclü bir müğənni yeni bir mahnı çıxaranda bir neçə saat ərzində digər ərəb ölkələrində də məşhur ola bilər. Bunun arxasında isə ərəb xalqları arasındakı mədəni münasibət ənənəsi var. Kitab sahəsində bu, o qədər də sürətlə yayılmır, lakin o sahədə də effektiv bir əlaqə var. Bu, ortaq bir fikir bazarı olduğu mənasına gəlir. Sözügedən əlaqə dini sahəyə də aiddir. Müxtəlif ərəb ölkələrindən olan şeyxlərin və alimlərin təsiri bütün ərəb və İslam ölkələrinə yayıla bilir.

Ərəb dünyası, həmçinin, regional ölçüsü olan ortaq bir maliyyə bazarına da sahibdir. Ən əsası da ortaq bir iş bazarı var. Milyonlarla misirli, fələstinli və livanlı öz ölkələrindən kənarda işləyərək bir çox məhsulu istehsal edir. Bu iş sistemi insanları birləşdirir, birlik və qohumluq üçün lazımi şəraiti yaradır. Qeyri-rəsmi və ya “boz” iqtisadiyyat da buna kömək edir. Son olaraq, ən önəmli birləşdirici faktor isə İslam dini üçün müqəddəs sayılan torpaqlara edilən həcc ziyarətləridir.

Ərəb dünyasında bunu bacara bilənlərin belə heç cür birləşə bilməməsi uğursuz bir vəziyyətdir. Xüsusilə də, bu gün ciddi həyati təhdidlə üz-üzə qalan fələstinlilər üçün bu, daha bədbəxt bir durumdur. Rusiya öz tərəflərini birləşdirmələri üçün çox kömək edir və belə də davam edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar