Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər həyəcan təbili çalır: dünya okeanlarının temperaturu görünməmiş yüksəkliklərə çatıb

Fevral ayında qlobal okean temperaturu rekord həddə çatıb: qlobal dəniz səthinin orta temperaturu +21,06 ° C olub...

Poliqon Reuters Agentliyinə isrtinadən xəbər verir ki, fevralda okean səthinin orta temperaturu 2023-cü ilin avqustunda müəyyən edilmiş əvvəlki rekord - 20,98°-dən çox olub.

Həyəcanverici rekord bütün müşahidələr tarixində ən isti fevral ayında qeydə alınıb. Xatırladaq ki, bu ilin fevral ayı temperaturun aylıq rekordunu qıran ardıcıl doqquzuncu aydır.

Xəbər verildiyi kimi, El Nino antropogen iqlim dəyişikliyi ilə yanaşı temperaturun artmasına da kömək edir.

"Daha təəccüblü olanı odur ki, dəniz səthinin temperaturu El Nino-nun təsir mərkəzindən uzaq olan bölgələrdə rekord səviyyədədir. Məsələn, tropik Atlantik okeanı və Hind okeanında", deyə Readinq Universitetinin iqlimşünası Riçard Allan bildirib.

Onun sözlərinə görə, bu, atmosferə istixana qazı emissiyalarının artmasının güclü təsirindən xəbər verir.

Qlobal dəniz səthinin temperaturu qütb okeanlarını nəzərə almasa da, orada da vəziyyət yaxşı deyil. Antarktikada dəniz buzu fevral ayında illik minimum səviyyəsinə çataraq rekordun üçüncü ən kiçik sahəsini qeyd edib - orta hesabla 28% aşağı.

Alimlərin fikrincə, indi Sakit okeanın ekvator hissəsində El Nino zəifləyir, lakin okeanlar üzərində havanın temperaturu qeyri-adi yüksək səviyyədə qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ən çox oxunanalar