Al Paçinonun 29 yaşlı sevgilisi üç aylıq oğluna tam qəyyumluq üçün məhkəməyə müraciət edib…
Aktyor Al Paçino və sevgilisi Nur Alfallah oğullarının doğulmasından üç ay sonra ayrılıblar.
Poliqon xəbər verir ki, bu barədə “The Blast” portalı cütlüyə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Nur Alfallah üç aylıq oğlunun tam qəyyumluğuna nail olmaq üçün Los-Ancelesdəki müvafiq orqanlara sənədlər təqdim edib.
“Qız ifadəsində aktyorla görüşün təmin edilməsi ilə uşağın tam fiziki himayəyə götürülməsini tələb edir. Yaxşı xəbər ondan ibarətdir ki, o, Al Paçinoya ortaq qanuni qəyyumluq verməyə razıdır ki, bu da ona məktəb, müalicə və din seçimi kimi mühüm qərarlarda iştirak etməyə imkan verəcək”, deyə nəşr insayderdən sitat gətirir.
Mənbə əlavə edib ki, Nur Əlfallah oğlu üçün Al Paçinodan aliment almaq niyyətindədir. Hansı məbləğdən söhbət getdiyi hələ məlum deyil.
“Kaliforniyada məhkəmə uşaq dəstəyinə dair qərar verməzdən əvvəl hər iki tərəfin valideynlərini və gəlirlərini rəsmi şəkildə müəyyən etməlidir. Aydındır ki, bu vəziyyətdə Al Paçino ildə nə qədər pul qazandığını nəzərə alaraq aylıq məbləğ ödəyəcək”, deyə insayder bildirib.
Xatırladaq ki, iyunun 16-da 83 yaşlı Al Paçino və 29 yaşlı Nur Alfallah oğlan uşağı dünyaya gətiriblər. Bu, Al Paçinonun dördüncü, cütlüyün isə ilk övladıdır. Heç vaxt ailə qurmayan aktyorun müəllimi Jana Tarrantdan Culiya Mari adlı 33 yaşlı qızı, aktrisa Beverli D'Anjelodan isə əkizləri 22 yaşlı Anton Ceyms və Oliviya Rouz var.
Poliqon.info