Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüblər"

"Bu qərarı Məşqçilər Komitəsi olaraq öz aramızda müzakirə etmişik. Klublar çox ağır vəziyyətə düşüblər. Çıxış yolu tapıb-tapmayacaqlarını deyə bilmərəm"...

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov həftəsonu tətbiq olunan qadağalara görə klubların məşq edə bilməməsi barədə danışarkən deyib.

Federasiya rəsmisi futbolçuların, məşqçilərin və komandaların hazırda ağır durumda olduqlarını bildirib. Sadıqovun sözlərinə görə uzun fasilədən sonra çempionatın bərpasına hazırlaşmaq üçün 3 həftə azdır: "Premyer Liqanın başlaması ilə bağlı qərar veriləndə bunu bilirdik. 3 həftədən altı və bazar günlərini çıxanda komandalar yenə pis vəziyyətdə qalırlar. Amma bu qərar müvəqqəti və ya daimi olacaq bilmirəm. Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı nəticələrini biləndən sonra nəsə demək olar".

Vitse-prezident UEFA-nın yerli çempionatları idman prinsipləri əsasında sona çatdırılmasının tərəfdarı olduğunu xatırladıb: "Biz də bunun tərəfdarı olmuşuq. İstəyirik ki, çempion və avrokubok iştirakçıları idman prinsiplərinə görə müəyyənləşsin. Ancaq fors-major hallarda hər bir qərar qəbul olunandır və biz bunu başa düşməliyik. Hazırkı qərar odur ki, çempionat iyunun 21-də başlasın, yəqin ki, klublarla hansısa müzakirələr aparılacaq. AFFA, PFL rəhbərliyi və klublar bir araya gəlib qərar veriblər. Hesab edirəm ki, hər birinin məsləhətləri vacibdir və onlara ehtiyac var. Bundan sonra atılan addımları görəcəyik və istər-istəməz Operativ Qərargahın qərarlarına uyğun nəsə edə bilərik. Hələ ki, gözləmə mövqeyindəyik. Qərargahın qərarına əsasən ehtiyac olsa, yenə bir araya gəlib çempionatla bağlı müzakirə aparmaq olar".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyunda da tətbiqi nəzərdə tutulur.

pia.az


Etiket: Vaqif Sadıqov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Ən çox oxunanalar