Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Beynəlxalq Pul Terroru Təşkilatı və iflic olan iqtisadiyyatlar...

“Yeni Dünya Nizamı” adlı cəfəngiyat altında faşist bir dünya hökmranlığı qurmaq istəyirlər... Artıq şübhə yoxdur ki, qlobal kapital virus yolu ilə bütün dünyanı ələ keçirmək istəyir....

Barış Tarımcıoğlu
“Mecra” qəzeti, Türkiyə, 5 sentyabr 2020-ci il

Pul terroristlərinin Avropa ilə bağlı əsas problemi Avropa Birliyinin daim ayaqda durması və Rusiyanın AB üçün bir təhlükə yaratmamasıdır. Öz ambisiyalarını dəstəkləyən ABŞ prezidentləri AB-nin əl altında saxlanılmasını Pentaqonun jandarmlığı üzərindən həyata keçirməsini arzuladıqları kimi, bunu edərkən də Avropanın Pentaqonla MKİ-nin əmr quluna çevrilməsini istəyir.

Ancaq işlər son 5 ildə istədikləri kimi getmir. Xaricdə ABŞ maliyyə dairələri üçün “Beynəlxalq Bankçılar’ ifadəsindən istifadə edilir, halbuki bu, çox sadəlövh bir ifadədir. Doğrusu isə budur ki, ABŞın maliyyə dairələri “pul terror təşkilatları”dır və dinləri, imanları yalnız pul olduğu üçün belə bir bənzətməyə də layiqdirlər. Həm maliyyə, həm də beyin mərkəzləri isə ABŞ-ın özəl mərkəzi bankı olan FED və pandemiya səbəbindən hazırda bütün dünyaya yüksk faiz dərəcəsi ilə borc verməyə hazırlaşan BVF-dir.

Korona günlərində, xüsusilə kapital və bazarlar haqqında etibarlı məlumat almaq çətinləşdi. Çünki pandemiyanın başlanğıcında ABŞ prezidenti televiziyaya çıxaraq “ən yaxşı halda 200 min ölü gözləyirik” dedi. İndi, zaman keçdildən sonra Ərdoğanın çoxdan dediyi kimi “üstün ağıl” ilə “faiz lobbisi” arasındakı əlaqələr bu virusa görə daha yaxşı başa düşülə bilər.

Artıq şübhə yoxdur ki, qlobal kapital virus yolu ilə bütün dünyanı ələ keçirmək istəyir.

Qlobal kapital, pul baronları, şeytan beyni, faiz lobbisi və s. kimi fərqli ifadələr heç nəyi dəyişdirmir, belə ifadələrə çox da bağlı olmamalıyıq. Ən vacib məsələ bu “quruluşun” dünyanın bütün dövlətlərini ələ keçirmək niyyəti və planlarıdır.

Dünyadakı bütün əyləncə, xəbər, media, televiziya və sosial şəbəkələr onların əlindədir. Tək dərdləri “Yeni Dünya Nizamı” adlı cəfəngiyat altında faşist bir dünya hökmranlığı qurmaqdır. Bu quruluşun ilk köləyə çevirdiyi ölkə milyardlarla əhalisinin və dollar istiqrazlarını əlində saxlayan Çin idi. Əslində Çinin böyük iddialarının içi boş bir şar olduğu bəlli idi. Çünki qlobal sistem istərsə, bir gecədə Çin iqtisadiyyatını çökdürməyin yolunu yaxşı bilir. Bunu çimlilər də bilirlər. Bu kapital terrorçularının “Şərqin yeni yüksələn ulduzu” kimi ifadələrin və “The Economist”, “Financial Times” kimi jurnalların üz qabığında Çinə xüsusi dəyər verməsinin səbəbini indi daha yaxşı başa düşürük.

Bu pul terroristlərinin Avropa ilə bağlı tək dərdi Avropa birliyinin daim ayaq üstə dura bilməsidir. İngiltərə, İtaliya və İspaniya AB-dən ayrılmaq istəyirdi, lakin təkcə İngiltərə buna müvəffəq oldu və necəsə koronavirus Avropada ən çox bu üç ölkəni zəiflətdi. Fransada əvvəlcə “Sarı Jiletlilər” hərəkatı başladı, indi də virus vasitəsilə İspaniyaya yaxınlaşırlar.

Bəs necə olur ki, aralarında ən kasıb ölkə olan Yunanıstan sağlamlıq sisteminə görə İtaliya və İspaniyadan daha yaxşı vəziyyətdə olur?

ABŞ-dakı vəziyyət daha da mürəkkəbdir. Çinin nağıllarına inansaq, onlar hətta virusu da məğlub ediblər, kakin hazırda ABŞ ölüm-yoluxma sayına görə rekord zirvəyə çatıb. Təsəvvür edin ki, pandemiya ABŞ-a gəlməmişdən ölkə prezidenti: “Bundan 200 min ölü ilə çıxsaq, bizim üçün uğurdur”, deyir.

Belə çıxır ki, ABŞ-ı ən azı 1 milyon itki gözləyir. Bu, ABŞ iqtisadiyyatının iflic olması deməkdir. Bu da Tramp dövründə ABŞ-ın “nisbətən” bərpa olunan iqtisadiyyatının və rekord həddə çatan işsizlik rəqəmlərinin alt-üst olması mənasına gəlir. Bu o deməkdir ki, ABŞ rəhbərliyi yenidən “pul terrorçuları” olan “Wall Street”in əlinə keçəcək.

Bəlkə də, bu səbəbdən Tramp bir gecə yarısı “icra əmri” verərək FED-i ABŞ-ın milli qurumu olan və İqtisadiyyat nazirliyini əvəz edən Maliyyə Nazirliyinə bağlamaq üçün həmlə edib. Əgər bu, həqiqətən baş veribsə, ABŞ-ın maliyyə tarixi üçün inqilabi bir qərardır. Bəs Tramp necə və niyə belə maraqlı və radikal bir qərar verdi?

Bu məqamda Trampın “artıq görünməyən bir düşmənlə mübarizə aparırıq” adlı tvitini xatırlamaq lazımdır. Bu qərar ciddi şəkildə tətbiq edilsə, 1929-cu il İqtisadi Böhranı ilə yerini itirən Huverin və FED-i milliləşdirməyi hədəflədiyi üçün öldürülən Kennedinin bacara bilmədiyini Tramp bacarmış olacaq. Qlobal kapitalın qapı qulu olan “pul terroru təşkilatı” önəmli qalalarından biri olan FED-i ABŞ dövlətinə itirəcək. Şüarları da göz qabağındadır: dövlətlərin sistemlərini iflic et və iqtisadiyyatlarını ələ keçir.

Bu hücuma başlayanlar isə daha sadə ifadə ilə desək, bu “qlobal sərmayənin” əmrindəki pul terroru təşkilatlarıdır. Bunu unutmamalıyıq, cahil düşüncədə olanlar “faiz lobbisi” ifadəsinə hələ də inanmırlar. Axı Çini çoxdan əsir alıblar, 21-ci əsr üçün qlobal sərmayənin mərkəzi Çin olacaq və bəzi zavallı solçuların hələ də sosialist hesab etdiyi Çin bu dövrdə kapitalizmin parlayan ulduzu olacaq.

Rusiyanı neft və təbii qaz mövzusunda yola gətirmək asandır. ABŞ prezidenti Tramp isə artan yoluxmalardan bezməyə başlayır və buna görə, indidən “daha pis olacaq” deməklə özünü sığortalamağa çalışır. AB-dən çıxmaq istəyən İngiltərə, İspaniya və İtaliya başlarını virus bəlasından çıxara bilmirlər.

Bu nöqtədə dövlətlərin vətəndaşları üçün etməli olduqları şey təkcə gigiyena-karantin işlərini təmin etmək deyil, həm də bu qlobal sistemə qarşı müqavimət göstərərkən dünyanın digər dövlətlərinin yanında olmaqdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Xidmət rəisi: Hazırda Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

Ən çox oxunanalar