Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-də defolt təhlükəsi: Fövqəladə tədbirlərin görülməsi üçün çağırış edildi - Foto

Defolt ABŞ iqtisadiyyatına və vətəndaşların rifahına bərpaolunmaz zərər vura bilər...

ABŞ-də dövlət borcunun ən yüksək həddə çatacağı gözlənilir.

Bu səbəbdən də defoltdan qaçmaq üçün xüsusi tədbirlərin görülməsi ilə bağlı çağırış edilib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.

Maliyyə Nazirliyi hazırda fövqəladə tədbirlər vasitəsilə dövlət borclarını hansı zamana kimi ödəyə biləcəyimizlə bağlı dəqiq qiymətləndirmə apara bilmir. Lakin pul ehtiyatının və fövqəladə tədbirlər üçün resursların iyunun əvvəlinə qədər tükənməsi ehtimalı azdır”, - deyə nazirliyin rəhbəri Canet Yellenin Konqresə ünvanladığı müraciətdə bildirilib.

Administrasiya Konqresə çağırış edib ki, siyasi sövdələşmə olmadan 31,381 trilyon dollara çatan borclanma limitlərini dərhal genişləndirsin və ya dayandırsın.

Fövqəladə tədbirlər dedikdə isə xüsusilə dövlət işçilərinə xidmət göstərən pensiya və sosial fondlara ayırmaların dayandırılması nəzərdə tutulur.

Maliyyə Nazirliyi həmçinin xəbərdarlıq edib ki, defolt ABŞ iqtisadiyyatına və vətəndaşların rifahına bərpaolunmaz zərər vura bilər.

Yellen xatırladıb ki, defolt təhlükəsi tarixdə ilk dəfə olaraq 2011-ci ildə ABŞ-nin suveren kredit reytinqinin enməsinə gətirib çıxarıb.

pia.az


Etiket: ABŞ defolt


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar