Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci ilin iqtisadi mənzərəsi - Əhalinin real gəlirləri artıb, yoxsa azalıb?

İqtisadçı-ekspert: “Deyə bilərik ki, 2017-ci ilə nisbətən 2018-ci il iqtisadiyyatda sabitləşmə ili kimi yadda qala bilər”

“İnflyasiya göstəriciləri Azərbaycanda ayrı problemdir. Çünki Azərbaycanda inflyasiya göstəricilərini hesablayanda beynəlxalq praktikaya uyğun hesablamalar aparılmır”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli 2018-ci ilin iqtisadi mənzərəsini PİA.az-a şərh edərkən qeyd edib.

2018-ci ili yola salırıq. İlin iqtisadi mənzərəsinə nəzər saldıq. Bildiyiniz kimi, 2018-ci ilin avqust ayından etibarən nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlər orta hesabla 50 faiz qaldırıldı. Avqust ayında “Premium Euro-95” benzinin litrinin qiyməti 25 qəpik, “Super Euro-98” markalı avtomobil yanacağının qiyməti isə 10 qəpik bahalaşdırıldı. Bundan əlavə, ölkəyə fərdi şəxslər tərəfindən gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu əvvəl bütün növ mobil cihazlar üçün 5 manat təşkil edirdisə, hazırda cihazın bazar qiymətindən asılı olaraq 150 manata kimi artırılıb. 31 iyulda dərc edilmiş Nazirlər Kabinetinin qərarına əsasən “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında” müqavilələrin dövlət qeydiyyatına alınmasına görə rüsumun məbləği də bir neçə dəfə qaldırıldı. Qərara əsasən, avtomobil hər dəfə özgəninkiləşdiriləndə, yəni başqasının adına keçəndə bu rüsum avtomobilin mühərrikinin həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişəcək.

Bundan əlavə, Mərkəzi Bank sədri Elman Rüstəmovun inflyasiya göstəriciləri ilə bağlı absurd açıqlamalar verdi. 2018-ci il üzrə istehlak məhsulları və xidmətlərin qiymətlərinə nəzər salsaq, 2017-ci ildə baş vermiş kəskin bahalaşmanın bu il də davam etdiyini görə bilərik. O cümlədən, ərzaq məhsullarında 4,5 faiz, qeyri-ərzaq mallarında 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə 2,9 faiz bahalaşma baş verdi. İl ərzində qoyun və mal əti, zeytun, marqarin, kərə və qarğıdalı yağları, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, şabalıd, göyərti, pomidor, xiyar, soğan, kartof, qəhvə, çay, kakao, düyü və yumurta kimi bir çox ərzaq məhsullarının qiymətlərində də kifayət qədər artım oldu. Bütün bu hallar Azərbaycanda inflyasiya göstəricisinin rəsmi açıqlanan rəqəmlərdən çox olduğunu deməyə əsas verir.

Həmçinin ölkənin bank sektoru hələ də öz çətin dövrünü yaşamaqda davam edir. Bu ilin sentyabr ayı üzrə ölkə banklarında problemli kreditlərin məbləği 1 milyard 749 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə problemli kreditlərin həcmi 7,5 faiz yüksəlib. Bank kreditlərinin 60 faizi dollardadır, bu isə 10 milyard dollar təşkil edir ki, onun da 2,5 milyard dolları istehlak kreditləridir. Problemli kreditlərin həcmindəki artım və likvidliyin azalması fonunda bu il kreditləşmədə də yavaşlama müşahidə edildi.

Bitməkdə olan 2018-ci ildə əhalinin real gəliirləri barədə barədə nə demək olar? Əhalinin real gəlirləri artıb, yoxsa azalıb?

Bu mövzu ilə bağlı PİA.az Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Keçən ilə nisbətən bu ildə əhalinin real gəlirində cüzi də olsa, artımın müşahidə olunduğun görürük”.

2018-ci ilin iqtisadi mənada 2017-ci ilə nisbətən daha sabit keçdiyini qeyd edən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, hələ də Azərbaycan neftinin ortalama qiyməti 75 dollar civarındadır. Buna görə də iqtisadiyyatda müəyyən sabitlik yaranıb:

“2018-ci il iqtisadi mənada 2017-ci ilə nisbətən daha sabit keçdi. 2017-ci ilə nisbətən 2018-ci ildə neft qiymətlərinin yüksəldi. Yəni 2018-ci ilin sonun çıxmaq şərti ilə deyə bilərik ki, il ərzində neftin qiyməti 30 faiz qalxdı.

Onu da qeyd edim ki, hələ də Azərbaycan neftinin ortalama qiyməti 75 dollar civarındadır. Buna görə də iqtisadiyyatda müəyyən sabitlik yaranıb. ÜMD-də 1 faiz də olsa, artım müşahidə olunub. Həmçinin dolların manata qarşı məzənnəsi də sabit qaldı, dəyişməyib. Düzdür, manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Amma hər halda 2018-ci ildə dəyişən məzənnə görmədik.

2018-ci ildə bank sistemində də müəyyən sabitlik yarandı. Yəni bank sistemində təlatümlərin həcmi azaldı. Kreditləşmədə də cuzi də olsa, artım hiss olundu. Ümumillikdə deyə bilərik ki, 2017-ci ilə nisbətən 2018-ci il iqtisadiyyatda sabitləşmə ili kimi yadda qala bilər.

Natiq Cəfərli: “2018-ci ildə bank sistemində də müəyyən sabitlik yarandı. Yəni bank sistemində təlatümlərin həcmi azaldı”.

Əhalinin gəlirləri nöqteyi nəzərdən isə onu deyə bilərəm ki, inflyasiyanın çox aşağı göstəricilərlə hesablandığın nəzərə almalıyıq. İnflyasiya göstəriciləri Azərbaycanda ayrı problemdir. Çünki Azərbaycanda inflyasiya göstəricilərini hesablayanda beynəlxalq praktikaya uyğun hesablamalar aparılmır. Buna görə də noyabr ayında ölkədə inflyasiya cəmi 2.3 faiz elan olundu. Əhalinin nominal gəlirləri isə təqribən 5 faizdən bir az yuxarı artdığı elan olundu.

Məntiqlə də nominal gəlir artımından inflyasiyanı çıxsaq keçən ilə nisbətən əhalinin real gəlirində cüzi də olsa, artımın müşahidə olunduğun görərik. Keçən il əhalinin real gəlirlərinin ciddi azalması müşahidə edilmişdi. Çünki gəlirlər nominal olaraq artmışdı, amma inflyasiya çox yüksək, yəni iki rəqəmli olduğundan real gəlirlər azalmışdı.

Bir daha qeyd edim ki, 2018-ci ilin rəsmi statistikasına görə bu ildə əhalinin real gəlirlərində az da olsa, artım müşahidə olunur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay