Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yekəbaşlıq, harınlıq artıq bizim əxlaq normamıza çevrilib" - Seyran Səxavət

“Heç kəsin xətrinə dəymək olmaz, onsuz da Allah onu kasıb yaradıb və sən də onun dərdinin üstünə dərd artırırsan. Bir sözlə, belə adamlara nifrət edirəm, Allah onların cəzasın versin”

PİA.az xəbər verir ki, bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı kasıb insanların taksidən istifadəsinin əleyhinə olan adamları vətən xaini adlandırıb:

“Təbii ki, adamlara qaralara, ağlara, vara-dövlətə görə bölmək düz deyil. Adamları belə bölməmək üçün gərək özün adam olasan. Ən azı adam balası olsun. Heç kəsin xətrinə dəymək olmaz, onsuz da Allah onu kasıb yaradıb və sən də onun dərdinin üstünə dərd artırırsan. Bir sözlə, belə adamlara nifrət edirəm, Allah onların cəzasın versin. Lənətə gəlsin onları ki, kasıb-kusub insanların hissləriylə oynayırlar. Amma normal kasıb-kusub da normal cəmiyyətlərdə bir-iki dəfə bu sözlərə dözür və sonra bunu deyəni salır təpiyinin altına, onun maşının da, canını da alıb, anasını da ağladıb maşınıyla gedə bilər. İnanın mənə, bunun başqa cavabı yoxdur.

Elə şeylər var ki, orda kiminsə fikri subyektiv deyil. Kimisə işə götürəndə nəzərə almaq lazım idi ki, bunun nə qədər subyektiv fikri var. Tutaq ki, bu bir dənə “quş” buraxmaqla neçə min adamı dövlətdən, hökumətdən, ölkədən, yaşayış yerindən narazı salacaq. Kimsə subyektiv fikrini getsin evində arvadına, atasına-anasına desin, bunun xalqla nə işi var. Rusların bir məsəl var deyir ki, “Allahdan incimişin nəyin incidirlər”.Yekəbaşlıq, harınlıq artıq bizim əxlaq normamıza çevrilib. Belə adamlara qarşı son dərəcə amansız olmaq lazımdır. Bunlar hardasa vətən xaini kimi bir şeydir. Adamları vətənindən didərgin, dövlətindən narazı salan bu cür adamlara vətən xaini demək olar da”. (Moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Xidmət rəisi: Hazırda Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

Ən çox oxunanalar