Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şeyximizi bu işə qatmaq günah olardı" - Qüdrət Həsənquliyev

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev professor Əjdər İsmayılov və deputat Sadiq Qurbanovun Həcc ziyarətinə gedənlərlə bağlı Şeyxülislama və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanova etdikləri müraciətə münasibətini açıqlayıb...

BAXCP sədri müraciət edən hər iki şəxsə hörməti ifadə edib və eyni zamanda Həcc ziyarətinə gedənlərlə bağlı bir sıra mühüm mənəvi əhəmiyyət daşıyan məqamların nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bizim yaşa dolmuş elə inanclı vətəndaşlarımız var ki, onlar bir müsəlman olaraq mənəvi ehtiyaclarını təmin etmək üçün həyatları boyu vəsait toplayıblar və ən böyük arzuları nə vaxtsa Həccə gedib Kəbəni, peyğəmbərimizin qəbrini ziyarət etmək olub. Həyatlarının qürub çağını yaşayan bizim ahılların bu ehtiyacının nə qədər böyük olduğunu anlamaq üçün görünür dindar olmağa ehtiyac var. Onları bu arzularından məhrum etmək və hörmətli Şeyximizi bu işə qatmaq günah olardı. Azərbaycanda əhalinin ərzaq və gündəlik tələbat malları ilə təchizatı o dərəcədə acınacaqlı deyil ki, biz ağsaqqal və ağbirçəklərimizi seçim qarşısında qoyaq. Onsuz da xeyriyyəçiliklə bağlı ümumi müraciətlər edilir. Gələcəkdə bu ziyarəti gerçəkləşdirmək üçün səhhəti və imkanı yol verənlər bizsiz də bunu nəzərə alacaqlar. Bu baxımdan ziyarətə hazırlaşanlara xüsusi müraciət etməyə ehtiyac yoxdur”.(Publika.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar