Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gördüm cəlladların ad gününü də..."- Paşa Talıblı

Başqa cür desəm...

Elə istəyirəm bir mesaj yazım...
Xeyli var "sabahın xeyir" yazmıram!
...vallah, şairlik də eləmirəm heç-
nə vaxtdı bir misra şer yazmıram!

Əlimə bir şer parçası düşmür
aparım...ölçünü dərzimi versin?
...çəkə qulağını şerlərimin-
bir ustad yoxdu ki dərsini versin!

...bilmək olmur sözəm, yoxsa ki sözçü!
...hər imza gününü qollamaq olmur!
...neylim, az yazdım azğın yazmadım!
Çox yazıb şeri də korlamaq olmur!


Qəhvəyi rəngli başlıq...

...xatırlamadığım bir şey
bilmədiyim bir şey deyil!
...qəhvəyi rəngli başlıqdı
bu yazı da şer deyil!

...fəhm ilə bilənlərdənəm!
...hara göy, hara buluddu!
...nə fərqi necə bilirəm-
xatırladım ya unutdum!

Bilirdim...niyə unutdum?
Niyə gedirəm daşlıqnan?
...bir tənhalıq başlamışam
qəhvəyi rəngli başlıqnan!

Acizəm..bu mən deyiləm!
...bu yazı da şer deyil!
...bir tənhalıq başlamışam!
Tənhalıq da bir şey deyil!


Sözgəlişi...

...əsə bilmək, nəsə duymaq
səsdən, günahdan, camlardan!
...uçurumda açan güldən,
bir də sərxoş axşamlardan!

...gözün gördüyündən keçmək,
bir şeh örtüyündən keçmək,
cəllad kötüyündən keçmək,
keçib getmək edamlardan.

...dərdi daşlamaq, daşlamaq!
...qalıb -- yaylamaq, qışlamaq!
...sonradan bir yol başlamaq
eşq ətirli son şamlardan!


Cəllad salamı...

Bütün kötüklərə cəllad salamı!
..baxır ay uzaqdan həftə dərindən!
...özünə ad günü keçirir cəllad!
Gördüm öz adımı ad dəftərində!

Gördüm cəlladların ad gününü də...
..ad günü bayramdı- hərə keçirir!
...özünə ad günü keçirir cəllad!
Şahın fərmanına görə keçirir!

...başımnan gəlirəm, ayağımnan yox!
Həmişə hazıram mən ad gününə!..
...bütün kötüklərə cəllad salamı!
Haydı- kötüklərin cəllad gününə!..


***
...hərəmiz bir gəmi, xanım,
bir gəmi...batıb gedirik!
...ömür nə versə- sonunda
üstünə atıb gedirik!

...yaxşıyı pisə qatırıq,
qızılı misə qatırıq-
hər şeyə nəsə qatırıq;
niyəsə qatıb gedirik!

...minindən biri qalırıq!
...yaranın yeri qalırıq!
...ölsək də diri qalırıq;
eləcə yatıb gedirik!


Gecəyarı Ayın gördükləri...

Aynada səsini çıxarmayan Ay...
...yorulub yatmışdı padşahın qızı!
...soyuq, gecəyarı...şer yazıram;
hər söznən yüz dərdim yüz ahım qızır!

Qırx illik ağrımın şirəsiydi, bax-
qələmin ucundan gülab axırdı!
...Allah, şəhla gözlü misralarıma
Ay elə baxırdı, elə baxırdı!..

...soyuq, gecəyarı...şer yazıram!
...açılmaz sirləri gör, düyünə say!
...görən, inandıra bildimmi Ayı,
görən, inandımı gördüyünə Ay?

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar