Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədov həcc ziyarətinə gedir?

Sosial şəbəkələrdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun gələn ay Həcc ziyarətinə gedəcəyi barədə xəbərlər yayılıb.

PİA.az xəbər verir ki, sabiq nazirin ailəsindən “Qafqazinfo”ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi qaydalara əsasən, 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağandır: “Bu səbəbdən də Ziya Məmmədovun bu il Səudiyyə Ərəbistanına gedərək ziyarətdə iştirak edəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, sabiq nazirin qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra əsasən Ucar rayonunun Qazıqumlaq kəndində yaşayır və təsərrüfatla məşğul olur, vaxtının böyük hissəsini Quran oxumaqla keçirir.

Son günlərdə isə 70 yaşlı Ziya Məmmədovun adı yararsız hala düşən Bakı-Quba yolu ilə bağlı tez-tez hallanır. Qeyd edilir ki, həmin yola sabiq nazirin vaxtında 1 milyard manatdan çox vəsait xərclənsə də, həmin magistral qısa müddətdə sıradan çıxıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

Azərbaycan Premyer Liqası: "Neftçi" – "Turan Tovuz" matçında qalib müəyyənləşməyib

Ankara və Moskva arasında Suriya üzrə məsləhətləşmələr aparılıb

Kamala Harris Trampın debatların tarixinə dair təklifi ilə razılaşmayıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay