Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatala üsyanından 100 il ötür

Bu gün Azərbaycanın sovet işğalına etiraz olaraq Zaqatalada baş verən xalq üsyanından 100 il ötür...

PİA.az xəbər verir ki, üsyan 1920-ci il iyunun 6-da Zaqatala dairəsində başlayıb.

Bu üsyan 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutundan sonra ən güclü antibolşevik etirazlarından biri sayılır.

Molla Hafiz Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaciyev, Molla Məhəmməd Dibirov və hərbi xadim Əhmədiyevin başçılıq etdiyi üsyançılar ZaqatalaQax üzərində nəzarəti ələ keçiriblər. Üsyan Şəki bölgəsinin bir hissəsini də bürüyüb.

Üsyanda Azərbaycan Milli Ordusunun qarovul batalyonunun zabitləri fəal iştirak edib. Bu üsyan eyni ildə olan Gəncə və Qarabağ üsyanlarından yerli xarakter daşıması ilə fərqlənir. Belə ki, bu üsyanı başladanlar öncə xalq olub, daha sonra isə bu prosesə cümhuriyyət hərbçiləri də qoşulub.

Zaqatala-Şəki şose yolu, həmçinin digər strateji məntəqələri yenidən ələ keçirən sovet qoşunları iyunun 18-də Zaqatalaya yenidən daxil olmağa müvəffəq olub. Üsyan amansızlıqla yatırılıb.

Üsyanın başçısı Hafiz Əfəndi və sağ qalan digər üsyançılar Gürcüstana sığınıb.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Ən çox oxunanalar