Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“YAŞAT” Fondu ilə bağlı müzakirələrə bəzi şəxslərin dəvət edilməsi narazılıq yaratdı - Foto

“YAŞAT” Fondu ilə bağlı müzakirələrə bəzi şəxslərin dəvət edilməsi narazılıq yaradıb.

PİA.az-ın xəbərinə görə, tənqid edənlərdən biri Könüllü Yardım Fondunun rəhbəri Elnur Əliyevdir.

E.Əliyev deyib ki, onu müzakirələrə dəvət etməyiblər: “Müzakirəyə Oksana Rəsulovanı, Samirə Əfəndini, Cabir İmanovu və s. şəxsləri dəvət ediblər, amma məni dəvət etməyiblər. Təsəvvür edin, avtomobiliniz xarab olur, şou-biznes əhlini dəvət edirsiniz ki, bunu necə düzəldək... Könüllü Yardım Fondu 2 aydır, 74 nəfərdən ibarət komanda ilə 500-dən çox şəhid və qazi ailəsinə yardım edib ve etməkdə davam edir. Şəhid və qazi ailələri üçün yaradılmış fonda mənim kimi kadrı qoyub bunları niyə dəvət edirsiz ki? Əsas odur, məqsədimiz eynidir. “YAŞAT” Fondunda 20 milyona yaxın vəsait var, Könüllü Yardım Fonduna isə 5-10 manatla yığılır ianə. İş burasıdır ki, layihəni də mənə zəng edib istəmisiniz, vermişəm. Elə bilmişəm fonda dəstək olacaqsınız, bir həftə keçəndən sonra görürəm yeni fond yaratmısınız.

101-ci fondu yaratmaqdansa, vətəndaş cəmiyyətinin yaratdığı ilk Könüllü Yardım Fonduna dəstək olmaq lazımdır. “YAŞAT” Fondunun əməkdaşları təmənnasız işləyəcək fond üçün? Ən yüksək maaşları alırlar, isti kabinetlərdə otururlar, ən bahalı maşınları sürürlər. Bu işçilərin hamısı fonda ianə edilən məbləğlərdən ən yüksək maaşları alırlar. Amma Könüllü Yardım Fondunun 74 işçisi təmannasız işləyir. Hətta ucqar kəndlərə kilometrlərlə yolu piyada gedirlır. Bilirsiniz niyə? Çünki Könüllü Yardım Fondunun əməkdaşları üçün şəhid ailələrinə xidmət etmək şərəfdir. Könüllü Yardım Fondunun əməkdaşları fondun tam şəffaf işlədiyini görürlər. Hesabat qrupunda (“Facebook”-da-red) hesabatların 1 manatına kimi necə verilməsinin şahidi olurlar. Artıq yüzlərlə adam Könüllü Yardım Fonduna aylıq ianə etmək üçün qeydiyyata alınır. Qalustuklu müəllimlər Fond yaradıb xalqdan ianə istəməli deyil. Xalq yetərincə dəstək olur dövlətə. Təkcə Milli Orduya destek aksiyasında 145 TIR, 400 minden çox təkər göndərdik ön cəbhəyə. Hamısını da camaatdan 5-10 manat yığmaqla. Bir məmur maddi dəstək olmadı. Müharibə başlayandan sonra da dayanmadıq, bir milyona yaxın yardım göndərdik ön cəbhəyə, hamısı da xalqın hesabına. Kimin gücü nəyə çatırdısa, etdi”.

Hüquqşünas Aslan İsmayılov da bu tərkibdə görüşə etiraz edib.

Qeyd: Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış bloger, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüş keçirib. Əvvəlcə Ülvi Mehdiyev iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edib. Sonra "YAŞAT" Fondunun yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək hədəflər barədə məlumat verilib. Görüş çərçivəsində iştirakçıların “YAŞAT” Fondu, eləcə də elektron hökumət quruculuğu sahəsində çoxsaylı sualları cavablandırılıb, təklifləri qeydə alınıb. 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində reallaşan görüşdə Elektron Hökumətinin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə Azərbaycanda elektron hökumət quruculuğu, ekosistem, mərkəz tərəfindən reallaşdırılan layihələr barədə məlumat verib.(Pravda.az)

Fotoları təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay