Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son iki həftə ərzində Bakının 86 küçə və prospektində nişanlanma işləri görülüb

Bakı şəhərində müasir standartlara cavab verən yol infrastrukturunun qurulması prosesi davam etdirilir...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən xətlənmə işlərində və yol nişanlarının quraşdırılmasında yeni texnologiyalardan istifadə olunur.

AYNA-dan Poliqon-a verilən məlumata görə, Azərbaycanın ev sahibliyi edəcəyi COP-29-la əlaqədar paytaxtda aparılan quruculuq işləri çərçivəsində qurum tərəfindən Bakının inzibati ərazisində piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması istiqamətində işlər həyata keçirilib.

Təkcə son iki həftə ərzində 55 küçə və prospektdə 274 yol nişanı quraşdırılıb. Hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi maksimum dərəcədə təmin edilib.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin yaradılması çərçivəsində 26 küçə və prospektdə 77 km-dən çox hərəkət zolağı təşkil edilib.

Təmir-bərpa işləri aparılan 23 küçə və prospektdə 68 km-dən çox xətt çəkilib. Müasir standartlara cavab verən nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.

56 küçə və prospektdə piyada keçidi, parklanma yeri, stop xətti və avtobus zolağı olmaqla xətlənmə işlərində əl əməyindən istifadə edilib. 71 məntəqədə piyada keçidinin nişanlanması aparılıb.

Qeyd edək ki, yeni tədris ili ərəfəsində təhsil müəssisələrinin qarşısında yol hərəkət təhlükəsizliyinin artyırılması məqsədilə mövcud piyada keçidləri yenilənib, olmayan ərazilərdə yeniləri təşkil edilib. Ümumilikdə 75 təhsil müəssisəsi ətrafında xətlənmə işləri həyata keçirilib. AYNA tərəfindən bu işlər davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Ən çox oxunanalar