Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Rüstəmov: "Çindən göndərilən yüklərin BTQ ilə nəqlinə dair razılıq əldə edilib" 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daha intensiv yükdaşımalar həyata keçiriləcək...

Bunu “Report”a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

ADY rəhbəri qeyd edib ki, BTQ bir ilə yaxın müddətdə işləməyib: “Əvvəlki müştərilərimizi qısa müddətdə dəhlizə yenidən cəlb etmək asan deyil. Buna baxmayaraq, hər ay yükdaşımada artımı və intensivliyi müşahidə edirik. Gələn ildən dəmir yolu xəttində daha intensiv yükdaşımalar həyata keçiriləcək. Artıq Çindən göndərilən yüklərin BTQ ilə nəql edilməsinə dair razılıq əldə edilib”.

O vurğulayıb ki, avqustun 13-də "Azərbaycan Dəmir Yolları" QSC "Gürcüstan Dəmir Yolları" SC ilə birlikdə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb: “Müəssisə yaxın zamanlarda fəaliyyətə başlayacaq və ilk gəlirini əldə edəcək. “BTKI Railways” BTQ dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək”.

R. Rüstəmovun sözlərinə görə, Çin Orta Dəhliz vasitəsilə göndərdiyi yüklərinin həcmini artırmaq istəyir: “Çindən göndərilən blok qatarlarının sayı bizim gözləntilərimizin üstündədir. Bu il dəhliz vasitəsilə 190 blok qatarı keçib, ilin sonuna qədər 250-dən çox blok qatarının göndərilməsi gözlənilir. Gələn ildən ayda 50 blok qatarının dəhlizlə göndərilməsi planlaşdırılır. Artıq Çinin şərqindən Orta Dəhliz vasitəsilə yüklərin göndərilməsinə başlanılıb”.


Xatırladaq ki, BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.

BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib, 2023-cü ilin mayın 16-dan onun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. Dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində onunla yükdaşımaların həcminin ildə 5 milyon tona çatması, dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay