Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: Cənubi Qafqazda sabitliyin pozulmasının əsas mənbələri ABŞ və Fransadır

Bu gün Cənubi Qafqazda sabitliyi pozan əsas dövlətlər ABŞ və Fransadır...

"Report" xəbər verir ki, bunu rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan əsas mənbələr məhz ABŞ, eləcə də Fransadır. Bu o deməkdir ki, Ermənistandakı revanşist qüvvələr genişmiqyaslı hərbi provokasiya törətməklə sülh prosesini pozmağa cəhd edə bilərlər”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan uzaqmənzilli raket sistemlərinin elan edilmiş tədarükü də daxil olmaqla hücum silahları ilə silahlandırılır: “Qərbin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri İrəvana gəlir, həm Nikol Paşinyan, həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan subyektivliyini itirib”.

İ.Korotçenko hesab edir ki, bu gün Ermənistan Cənubi Qafqazda Qərbin “Troya atı”dır.

O vurğulayıb ki, NATOABŞ-nin məqsədi və vəzifəsi Ermənistan ərazisində qeyri-sabitlik mənbəyi və meydança yaratmaqdır: “Xüsusən də ABŞ bu gün Ermənistanı silahlandırır. Bu yolla irimiqyaslı təxribatlar hazırladıqları göz qabağındadır”.

Rusiyalı ekspertin fikrincə, yalnız Cənubi Qafqaz dövlətlərinin birgə səyləri ilə bu mənfi tendensiyaların qarşısını almaq olar.

İ.Korotçenko Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərini şərh edib: “Azərbaycan, RusiyaErmənistan liderlərinin üçtərəfli bəyanatında bildirilir ki, nəqliyyatın trafiki və hərəkətinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti həyata keçirməlidir”.

Onun fikrincə, Qərb ölkələri Cənubi Qafqazda sabitliyi pozmağa, nəqliyyat layihələrinin, xüsusən də “Şimal-Cənub” dəhlizinin reallaşmasının qarşısını almaq üçün Ermənistandan vasitə kimi istifadə etməyə çalışırlar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

SEPAH generalı Cənubi Qafqazı işğala çağırdı

Ən çox oxunanalar