Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP üzvündən nazirə şikayət: “Məndən az bal yığdı, direktor oldu…”

Tovuzun Əyyublu kənd sakini,YAP üzvü Qasımov Samir Asif oğlu təhsil naziri Ceyhun Bayramova müraciətində haqsızlıqla üzləşdiyini bildirib..

Kəndin 1saylı tam orta məktəbinin riyaziyyat və fizika müəllimi olan 1983-cü il təvəllüdlü S.Qasımov nazirə üz tutaraq ədalətin bərqərar olunmasını xahiş edib.

Onun sözlərinə görə, direktorluğa dövlət qəbul imtahanında 41 bal toplayıb. Ancaq işlədiyi məktəbə 31 bal toplamış Əhmədov Mehman direktor təyin olunub.
Təhsil nazirinə müraciət edən S.Qasımov bildirib ki, 10 bal aşağı toplayan M.Əhmədovun məktəb direktoru təyin edilməsi haqsızlıqdır:

“Mən 41 bal yığmışam və onu qabaqlamışam. Nazirlik işçiləri görürlər ki, o, məndən 10 bal az toplayıb. Fizikadan28 bal yığmaqla ən yüksək nəticənivermişəm. Amma mənə fizikadan dərs də verilmir. Səbəb gətirilir ki, guya ikinci ixtisasımdır. Nə olsun? Axı burada qanunsuzluq yoxdur.
Mən həyatımı təhsilə həsr etməyə hazır bir gənc müəlliməm. Cənab nazir gənc müəllimlərin irəli çəkilməsinin tərəfdarıdır, onlara dəstək verir, regionlarda, ən ucqar kəndlərdə gənc müəllimlərin müsabiqə yolu ilə işləməsinə şərait yaradılıb, cavanlara yol açılır.

Mən Ceyhun Bayramovun fəaliyyətini yüksək qiymətləndirirəm və onun prinsipi təhsildə müsbət dəyişikliklərə, islahatlara nail olmaq, çatışmazlıqları aradan qaldırmaqdır.

Çox təəssüf ki, öz işlədiyim məktəbdə üzləşdiyim bu haqsızlıq məni çox təsirləndirib. Məsələ mənim direktor təyinatım deyil, sadəcə, 41 bal topladığım halda 31 bal yığan şəxs direktor olur.

Axı şəffaflıq və düzgünlük olmalıdır. Bu müraciətimə cənab nazirin müsbət münasibət bildirəcəyini gözləyirəm və ümidvaram ki, məsələ araşdırılacaq”.
(Cumhuriyyet.az)

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay