Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vilyam Hacıyev hələ həbs edilməyib” – Əmisi oğlu Hafiz Hacıyev danışdı

Bəzi saytlar və sosial şəbəkələrdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı bildirilən Vilyam Hacıyevin həyat yoldaşı və bacısı haqda dəqiqləşdirlməmiş məlumat yayılıb...

Bu məlumatlarda bildirilir ki, Vilyam Hacıyevin özü kimi xanımı və bacısının da adı Azərbaycan mənşəli deyil. İddia olunur ki, icra başçısının həyat yoldaşının adı Cülyettadır və o erməni əsillidir, bacısının adının isə İppoletta olduğu vurğulanır.

Modern.az deyilənləri dəqiqləşdirmək üçün Vilyam Hacıyevin əmisi oğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb.

Gəzən söz-söhbətə aydınlıq gətirən Hafiz Hacıyev deyib ki, bu fikirlər əsassızdır:

“Yıxılana hamı balta çalır. Bütün bu söhbətlər boş və yalandır. Qız-qadın xeylağına böhtan, şər atmaq olmaz. Vilyam Hacıyevin həyat yoldaşının və bacısının adı yazılan kimi deyil”.

H.Hacıyev onu da deyib ki, Vilyam Hacıyev hələ həbs olunmayıb, araşdırma davam edir və o da hamı kimi nəticəni gözləyir.

Qeyd edək ki, dünən bütün ölkə KİV-ləri DTX-nın İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi, bir qrup vəzifəli şəxsin saxlanıldığı barədə xəbər yayıb. Bu xəbərlərlə bağlı hələ ki rəsmi açıqlama verilməyib.

pia.az


Etiket: Hafiz Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay