Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Viktor Orban: Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik

Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir, həmişəkindən daha yaxşıdır...

Bunu "Report"a Macarıstanın Baş naziri Viktor Orban İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunun kuluarında deyib.

“Düşünürəm ki, onlar hər zamankından daha yaxşıdır. Biz yəqin ki, enerji resurslarınızın ikinci ən böyük alıcısıyıq. İndicə ölkənizdən Avropa ölkələrinə, o cümlədən Macarıstana “yaşıl enerji” idxalına dair saziş imzalamışıq. Ona görə də hesab edirəm ki, Azərbaycan gələcəkdə də əhəmiyyətli ölkədir”, - o bildirib.

Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Viktor Orban qeyd edib ki, Avropa Şurasının sədri kimi Macarıstan Azərbaycanla daha da güclü, strateji əməkdaşlığın qurulmasını dəstəkləyir:

Azərbaycan artıq Avropa ilə sıx əməkdaşlıq edir, enerji təchizatı sayəsində strateji cəhətdən əsas ölkəyə çevrilib. Ona görə də biz Avropa Şurasının sədri kimi Azərbaycanla əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar