Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada Vahid Səsvermə Gününün birinci günü keçirilir: qubernator, mer və deputatlar seçilir

Rusiyada Vahid Səsvermə Günü çərçivəsində üç günlük seçkilərin birinci günü keçirilir...

APA-nın Rusiya bürosu xəbər verir ki, üç gün ərzində şimal qonşumuzda iyirmidən çox qubernator, regional qanunvericilik məclislərinin deputatları, şəhər dumaları, merlər və Dövlət Dumasında əlavə yerlərə seçkilər keçirilir.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin 83 regionunda dörd minə yaxın təşviqat kampaniyası keçiriləcək, bu müddət ərzində 35 mindən çox mandat dəyişdiriləcək.

Təxminən 55 milyon vətəndaş səsvermə hüququna malikdir.

Ukrayna Silahlı Qüvvələrinin soxulduğu Kursk vilayətində də səsvermə keçirilir.

Kursk vilayətində səsvermə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə daxil olmasından sonra Mərkəzi Seçki Komissiyası təhlükəsizlik məqsədilə Lqov şəhərində, eləcə də vilayətin altı rayonunda - Belovski, Bolşesoldatski, Qluşkovski, Korenevski, Sudjanski və Xomutovskidə bələdiyyə seçkilərində səsverməni təxirə salıb.

Kursk vilayətinin də 2024-cü ilə planlaşdırılan qubernator seçkisinin təxirə salınmaması qərara alınıb. Bu qərarı şərh edən Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, region əhalisi üçün aydın və müəyyən edilmiş hakimiyyətə malik olmaq vacibdir”. O əlavə edib ki, belə qeyri-müəyyənlik hallarında anarxiya dövrü daha faciəli nəticələrə səbəb ola bilər.

Kursk vilayətinin boşaldılmış ərazilərinin əhalisi qubernator seçkilərində digər bölgələrdəki seçki məntəqələrində səs verə bilər. Bundan əlavə, sakinlərin müvəqqəti yaşadığı yerlərdə də səsvermə təşkil olunur.

Kursk vilayətindən başqa Rusiyanın 20 regionunda - Həştərxan, Volqoqrad, Voloqda, Kalininqrad, Kemerovo, Kurqan, Lipetsk, Murmansk, Orenburq, Tula, Samara, Saxalin, Çelyabinsk vilayətlərində, həmçinin Zabaykal, Stavropol, Xabarovsk diyarlarında , Başqırdıstan , Kalmıkiya, Altay Respublikası və Sankt-Peterburq şəhərində qubernator seçilir.

Bundan əlavə, bir sıra regionların yeni rəhbərləri Rusiya prezidentinin təklifi ilə bu subyektlərin qanunvericilik məclislərinin deputatları tərəfindən təyin ediləcək. 2024-cü ildə Xantı-Mansi Muxtar Dairəsi, İnquşetiya, Kabardin-Balkar və Krım Respublikasının rəhbərləri bu yolla müəyyənləşəcək.

Qubernatorlardan əlavə, rusiyalılar federal subyektlərin 13 qanunvericilik məclisinə deputatlar seçirlər. 2024-cü ildə regional parlamentlərin yeni tərkibinin müəyyənləşdirilməsi Moskva, Sevastopol, Altay, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Mari El, Tıva, Tatarıstan, Krım Respublikası, Xabarovsk diyarında, eləcə də Bryansk, Volqoqrad və Tula vilayətlərində keçirilir.

Vahid səsvermə günü sentyabrın 8-də, Moskva vaxtı ilə saat 21:00-da, ölkənin ən qərb bölgəsi olan Kalininqrad vilayətində sonuncu seçki məntəqələri bağlandıqda başa çatacaq. Bundan sonra səslər hesablanacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Ən çox oxunanalar