Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan İsrailə xəbərdarlıq: Sizi əbədi qoruya bilmərik...

Birləşmiş Ştatlar İsrail hakimiyyətini məlumatlandırıb ki, Amerika təyyarədaşıyan gəmiləri yəhudi dövlətini İrandan qorumaq üçün regionda əbədi olaraq qala bilməyəcək...

Poliqon xəbər verir ki, bu barədə İsrailin Kanal 13 telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Vaşinqton İsrailə müraciətində qeyd edib ki, Amerika təyyarədaşıyanları bölgədə əbədi qala bilməyəcək və buna görə də regionda gərginliyin səviyyəsi daim azaldılmalıdır.

ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, Qəzza zolağında atəşkəs razılaşması tamamlanmaq üzrədir, hazırda bütün şərtlərin 90%-i razılaşdırılıb. Bu barədə o, Haitiyə səfərindən sonra Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bu məsələ üzərində fəal işləyirik və fikrimcə, razılığın 90%-i artıq əldə olunub. Bununla belə, kompromis tapılmalı olan bir sıra kritik məsələlər qalmaqdadır. Bu suallar sazişin müəyyən elementlərinin həyata keçirilməsi ilə bağlıdır", deyə Blinken bildirib.

O, aydınlaşdırıb ki, son günlər Filadelfiya dəhlizi, girov və əsirlərin mübadiləsi kimi məsələlər müzakirə olunub.

Blinken və İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs danışıqlarının gedişi ilə bağlı fikir ayrılığına düşüblər. Belə ki, Netanyahu İsraillə Fələstinin HƏMAS hərəkatı arasında razılığa gəlməzdən əvvəl hələ də ciddi məsafənin olduğunu bildirib.

Bundan əvvəl Blinken Qəzza zolağında atəşkəsin həyata keçirilməsinin həm Fələstinin HƏMAS radikal qruplaşmasının, həm də İsrail tərəfinin hərəkətlərindən asılı olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar